"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şəmkirin kriminal keçmişli yeni icra başçısı – Alimpaşa Məmmədov kimdir?

10 Oktyabr 2014 - 10:57
in CƏMİYYƏT
FacebookVatsap

Vergilər nazirinin Sumqayıta başçı göndərmək istədiyi məmurun Şəmkirə təyinatının pərdəarxası məqamları

Bunu da oxuyun

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

1Oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkirin yeni icra başçısı təyin olundu. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş A.Məmmədov vergilər naziri Fazil Məmmədovun “vuran əli” hesab olunur. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişfi.

Nazir F.Məmmədov 2012-ci ildə onu Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsinə təyin etmişdi. Bakı Vergilər Departamentinin rəisi Tariyel Quliyev isə nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olundu. Bu təyinatları zəruri edən amilə diqqət yetirərkən F.Məmmədovun A.Məmmədova nə qədər etimad göstərdiyini sezmək olur. Həmin vaxt A.Məmmədovun təyinatını şərtləndirən Vergilər Nazirliyinin nüfuzlu bir klanın “çətiri” altından çıxaraq Paşayevlərin çevrəsinə daxil olması idi. T.Quliyev digər klana yaxınlığı ilə seçilən bir şəxs idi, onun Bakı Vergilər Departamentinə rəhbərlik etməsi Paşayevlərin marağına uyğun deyildi.
 T.Quliyevin nazirlikdə xüsusi statusu da var idi. Bu şəxs nazirliyin qeyri-rəsmi kassiri sayılırdı – qeyri-rəsmi yığımlara və “paket”lərin (işçilərə verilən qeyri-rəsmi maaşın) verilməsinə cavabdeh idi. Təbii ki, belə zəngin informasiyalara malik olan bir şəxsi nazirlikdən uzaqlaşdırmaq təhlükəli idi. Ona görə də o, Daxili Təhlükəsizlik İdarəsinə rəis göndərilməklə neytrallaşdırıldı. Əvvəllər “paket” paylayan T.Quliyev indi “paket” alanlar sırasına daxil edildi.
Şəmkirə icra başçısı göndərilən Alimpaşa Məmmədovun bioqrafiyası da maraqlıdır. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və vergilər naziri Fazil Məmmədovun “vuran əli” sayılıb. A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq vergilər naziri yenə ona sahib çıxaraq daha yüksək vəzifəyə – nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbayel Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib” – iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.
Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərib. Burada reabilitasiya olunduqdan sonra isə yetərincə strateji və “rentabelli” bir posta – Bakı Şəhər Vergilər Departamentinə rəis göndərib. Ölkədə yığılan vergilərin 83 faizinin paytaxtda toplandığını nəzərə alsaq, izafi şərhə ehtiyac qalmaz.
Burada zəruri bir arayışa ehtiyac var. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxt vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi.
Bu ilin avqustunda dərc etdiyimiz “Fazil Məmmədovun ”payız planı” adlı yazıda vergilər nazirinin payızda bir neçə rayonun icra hakimiyyəti başçısı postuna öz adamını yerləşdirmək niyyətinin olduğunu yazmışdıq. Həmin yazıda F.Məmmədovun yaxın çevrəsində icra başçısı olmağa iddialı ən azı 20 şəxsin olduğu qeyd olunurdu. Bildirilirdi ki, bu həm də 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlıqla bağlı bir məsələdir. Vergilər naziri parlamentdə ayrıca siyahı ilə təmsil olunmaq niyyətindədir. Həmin yazıdan sitat: “Hakimiyyət elitasının ən önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədov payızda gözlənilən kadr dəyişiklərinə hazırlaşır. Nazirə yaxın bir neçə şəxs icra başçısı olmaq iddiasını ortaya qoyub. Onların arasında F.Məmmədovun qohumları və biznes ortaqları da var. F.Məmmədov icra başçısı görmək istədiyi şəxslərin adlarını da açıqlayıb – Bakı Şəhər Vergilər Departamentinin rəisi Alimpaşa Məmmədov, vergilər nazirinin müavini Sahib Ələkbərov (Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun atası), nazirin müşaviri Mahir Rəfiyev, nazirin müşaviri Fəxrəddin Qəmbərov. Başqa iddialılar da var. Ancaq əsas namizədlər bunlardır.
Vergilər nazirinin müşaviri Mahir Rəfiyev nazirliyə özəl sektordan adlayıb. O, ”Atabank”ın Müşahidə Şurasının sədri olub. F.Məmmədovun Çexiyadakı biznesini idarə edən şəxslərdən biridir. Onun Neftçalaya icra başçısı göndəriləcəyi ilə bağlı məlumatlar var. Vergilər Nazirinin müavini Sahib Ələkbərovun xüsusi təqdimatına ehtiyac yoxdur. O, sovet sistemində Azərbaycan komsomoluna rəhbərlik edib. Azərbaycan müstəqillik əldə edəndən sonra bizneslə məşğul olub. 2003-cü ildə dövlət idarəçiliyinə qayıdıb və Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Az sonra hakimiyyətdəki köhnə qvardiyanın təzyiqi ilə işdən çıxarılıb və dişsiz bir vəzifəyə təyinat alıb – bir müddət Dövlət Statistika Komitəsinin sədrinin müavini işləyib. Ancaq az sonra F.Məmmədov onu çətirinin altına alıb və özünə müavin təyin etdirə bilib. Onun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi gözlənilir.
Vergilər nazirinin müşaviri Fəxrəddin Qəmbərov uzun müddət prokurorluq orqanlarında işləyib. F.Məmmədovun yaxın dostu və etibarlı kadrı olan F.Qəmbərov Vergilər Nazirliyinin istintaq idarəsinə rəhbərlik edib. Hazırda əsas qeyri-rəsmi missiyası nazirin Qərb bölgəsində olan biznesini idarə etməkdir. Əslən Qərb bölgəsindən olan F.Qəmbərovu F.Məmmədov bölgənin mərkəzi şəhərinin – Gəncənin icra hakimiyyətinin başçısı postunda görmək istəyir”.
Həmin yazıda A.Məmmədovun nazirin biznesini idarə edən əsas fiqur olduğu da qeyd edilirdi. Bildirilirdi ki, F.Məmmədov onu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin etdirməyə çalışır. Görünür, nazir güvəndiyi kadrı qeyri-rəsmi qubernatorluğuna daxil olan  Şəmkirə başçı göndərməklə onun sonrakı təyinatlarına əsas yaradır. Bundan başqa, hazırda Rusiya ilə ticari əlaqələrə yenidən geniş şərait yaranıb.
Bu şərait sözsüz ki, Rusiyanın meyvə-tərəvəz bazarlarında dominant mövqe tutan şəmkirli biznesmenlərin gəlirlərini birə on artıracaq. Belə bir vəziyyətdə vergilər nazirinin Sumqayıta başçı göndərmək niyyətində olduğu kadrın Şəmkirə başçı göndərilməsinə razılıq verməsi də başadüşüləndir. Sumqayıt sahibkarlarının qənimi, Bakıda sahibkarları müflis olmaq həddinə çatdıran məmurun sədasını tezliklə şəmkirli biznesmenlərin dilindən eşidəcəyik.
Məsələnin maraqlı tərəflərindən biri də budur ki, Alimpaşa Məmmədovun, nazir F. Məmmədovun digər yaxın adamı olan Xaləddin İsgəndərovla (Binəqədinin icra başçısı), münasibətləri yaxşı deyil.
Natiq Həziquliyev

 

Previous Post

Şəmkirin kriminal keçmişli yeni icra başçısı – Alimpaşa Məmmədov kimdir?

Next Post

MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq

Bənzər yazılar

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

“Merkuri” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

20 Avqust 2026 - 18:22

Sentyabrın 14-də, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Elchi.az bu barədə Azərbaycan...

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

20 Avqust 2026 - 17:08

2026-2027-ci tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası...

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

20 Avqust 2026 - 15:52

2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Bu barədə Elchi.az-a MÜTDA-dan məlumat verilib. Qeyd olunub ki, proses 2–9-cu...

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

Rüşvətdə ittiham olunan sabiq rəis azadlığa buraxıldı

20 Avqust 2026 - 15:14

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Elchi.az APA-ya istinadən xəbər...

Next Post

MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq

MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq

Son xəbərlər

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.