Şəmkirdə sürücü maşının altında qalaraq öldü

86

Şəmkirdə sürücü faciəvi şəkildə həyatını itirib.

Elchi.az-ın verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb. Yük avtomobili yol kənarda dayanan “VAZ” markalı avtomobillə toqquşub. Hadisə zamanı sürücü də avtomobilin yanında olub və maşının altında qalaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.