Şəmkirdə mikroavtobus maneəyə çırpılıb.
Elchi.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.
“Qazel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər – 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.
Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.
Faktla bağlı araşdırma aparılır.
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
Nepalın Qorxa rayonunda qəfil daşqınlar evləri, körpüləri və infrastrukturu dağıdıb, dörd nəfər itkin düşüb. Elchi.az -ın "The Kathmandu Post" qəzetinə...






















Son şərhlər