"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Səmayənin profil şəkli…

15 Sentyabr 2016 - 15:58
in KÖŞƏ YAZILARI
FacebookVatsap

İnsan beyni hər zaman yeniliklərə açıqdır. Bəzən o yenilikləri qəbul edər, amma istifadə qaydasını bilmərik. Məsələn, hər birimizin həyatına sürətlə daxil olan, çoxumuzun yaşam tərzinə çevrilən sosial şəbəkələr…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

Onların bizə nəyi sunduğunu və bizim onlardan necə istifadə etməyimizdən danışaq. Təbii ki, yeni informasiya, yeni tanışlıqlar evimizə, həyatımıza sürətlə daxil olur və ayrı bir maraq, rəng qatır.

 

Amma biz Rusiyaya işləmək niyyəti ilə gedib oradan alıb gətirdiyimiz xanımlara müsəlmanlığı qəbul etdirib, uzun yubka geyindirən, mental dəyərlərimizi qoruyan, qapımızdan içəri girən hər bir şeyi azərbaycanlılaşdırmağı bacaran millətik. İndi Votsapı, Feysbuku, İnstaqramımı özümüzküləşdirməyəcəyik?

 

Hə, elə isə gəlin milli İnstaqram, Feysbuk və Votsaplarımıza bir nəzər salaq. Bildiyimiz kimi, Votsapda profil şəkli qoymaq və status yazmaq mümkündür ki, bunu sənin telefonunun nömrə siyahısında olan hər kəs görə bilər. Hə, sizə Votsapla qeybətləşməkdən, bir-birinə səs göndərib, sonra öz səslərini dəfələrlə dinləməklərindən yox, məhz həmin profil şəklindən danışacağam.

 

Deməli, belə bir şeyə rast gəldim, sizin də başınıza gəlməmiş olmaz, kimin ad günü olursa, nəsildə nə ki Votsap işlədən var, profil şəklinə o adamın şəklini qoymalıdır, status yerinə də bir ürək, ya da bir gül atıb “təbrik edirəm” yazmalıdır. Bu, artıq bəzi nəsillərdə adət halını alıb. Məsələn, bu gün bibin nəvəsinin ad günüdür, həddin nədi onun fotosunu profilinə qoymayasan. Pəhh, günortayacan gözləyər, günortadan sonra yazar. “Aaazz, bizim sizə nə pisliyimiz dəyib? Neynəmişik sizə? Mənim nəvəmin sənin qızından nəyi əskikdi? Niyə mən sənin qızının ad günündə onun şəklini profilə qoya bilirəm, sənin qızın mənim nəvəmin şəklini qoymur? Bayaqdan baxıram, nəsildə hamı qoyub, sənin qızından başqa”.

 

Hələ bunun üstündə bir ay küsülü qalanlar var. Bir ay nədi e, gələn ad gününü gözləyənlər var. Acıq çıxmaq üçün o da bunun şəklini həmin gün profil şəkli etmir və intiqam alınmış olur.

 

Axşam girisən Votsapa, baxırsan, kontaktda 45 qohumun varsa, 45-i də eyni şəkildədi. Çaşdırırsan kimin kim olduğunu. Görürsən, bıyy, bircə Səmayənin profil şəkli başqadı. Tez baxırsan ki, ad günü olanın anasıyla Səmayə onlayndı. Artıq kadrarxası söz-söhbəti tutursan. Tez bir qrup yaradıb müzakirə açırsan, Səmayəni də, ad günü olanın anasını da atırsan o qrupa ki, nə danışdıqlarını hamı bilsin. Heç kimin ürəyi partlamasın.

 

Hamı bilir ki, mən bir az məsuliyyətsizəm, ona görə anam axşamdan başlayaraq tez-tez xatırladır ki, Mətişin gəlininin ad günüdü, tez onun şəklini qoy profilaa, məni qana salma.

 

Eh, hələ profildən qız bəyəndirmək-filan. Vallah, bu Votsapı icad etməklə deyil e, oğul ona deyərəm ki, onu bu cür məqsədlərlə, xeyr işlərlə idarə edə bilsin.

 

Keçək Feysbuka. Sizə keçən dəfə Feysbukda yas mərasimlərindən danışmışdım. Bu, bir qismi idi. Burda status yazaraq bir-birinə söz atmalar, şərhlərdə davalar, aşiq olmalar, nələr və nələr. Bir gün dinlə bağlı bir status yazmışdım. Yazıb yatdım, sabahı oyandım ki, Azərbaycanda nə ki din aşiqi var, hamısı bu statusun altında toplaşıb. Bir qrup dinin insanların bir-birini didişdirməsinə səbəb olmadığını iddia edir, bir qrup əks fikrin tərəfindədir, bir qrup məni lənətləyir, bir qrup da bu yerdə qalan üç qrupla dalaşır. Təsəvvür edin, məscidlər bomboş qalıb, mənim statusumun altında molla qaynayır. Bunlara əhəmiyyət verməyib işimə davam etdim, bir də gördüm, bu əhəmiyyətsizlik bunları daha da hiddətləndirib, artıq şəxsi mesaj qutusunda təhdidlərə keçiblər. Girib yeni status yazdım: “Mən dünən axşam o statusu, sadəcə, elə-belə yazmışdım. Amma sizin cavablarınızı, sonra şəxsi mesaj qutuma yazdıqlarınızı oxuyub başa düşdüm ki…” Day ardı elə qutudaca qalsın, açıb-ağartmayaq.

 

Bu cür maraqlı hadisələr tez-tez gəlir başıma. Bir gün də hissə qapılıb “Ölmək istəyirəm” yazıb, yatmışdım. Sabahı ayıldım ki, 3 molla mənə dostluq göndərib.

 

Bu yaxınlarda isə “Canlı yayım” deyə yeni bir funksiya da açıblar. Biz olaq və bundan yetərincə istifadə etməyəkmi deyirsiz? Olarmı elə şey?

 

Peşmansan feysə girəsən: hamı canlı yayımdadı. Elə bil milli çayxanaya girirsən. Bir dayday canlı efirə çıxıb. Yazıb: “Baxın, Mamedi nətər qazdıyıram” və canlı yayımda nərd oynayır Mamedlə. Hə, bu canlı efirin bir özəlliyi də var ki, retrikalı qızların bazarını öldürdü (Retrika – Android telefonlar üçün nəzərdə tutulmuş foto proqramı. Həvəskar çəkilmiş şəkilləri daha işıqlı, daha qeyri-adi çəkir. – red.). Məsələn, qızlar bir-birinə “Retrikayla şəkil çəkdirib paylaşmaqla deyil e, duxun var, canlı yayıma çıx”, – deyirlər. Əvvəllər bu, az olurdu, amma indi evdə oturursan, “dınq!” bildiriş gəldi: “filankəs canlı yayıma çıxdı”. Ardınca “dınq, dınq, dınq, dınq” bildirişlər gəlir: filankəs də canlı yayıma çıxdı, filankəs də. Ə, belə cərə çıxsın, cəhənnəmmə çıxsın, maa nə, bax maa nə?

 

Hələ günlük canlı yayıma çıxacağı vaxtları bəribaşdan sts edib yazanlar var.

 

Vallah, bu gedişlə bunlar canlı yayımda namaz da qılacaqlar. Sonra demədi deməyin.

 

… Əmimin bir telefonu var, başıfənərli. O gün gəlib deyir:

 

– Qızım, al, maa burda bir STOQRAM aç.

 

Deyrəm, əmi, o nədi elə? Deyir, o şəkil qoyursan e, onnan.

 

– Ay əmi, İnstaqram?

 

– Yox e, bala, mənimki cavanlıqdan sto qramdı. Ölçüm oduye.

 

– Ay əmi, camaat litoqrama keçib, sən sto qramda qalmısan?

 

Əşi, biz millət olaraq yeniliklərə açığıq. Təki yenilik olsun, biz olaq…

 

Previous Post

Səmayənin profil şəkli…

Next Post

Müsavat və Milli Şuranın mitinqinə razılıq verildi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Müsavat və Milli Şuranın mitinqinə razılıq verildi

Müsavat və Milli Şuranın mitinqinə razılıq verildi

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.