"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Şəhid Şikəstəsi”

17 Dekabr 2018 - 15:32
in aktual-banner, Banner, BannerVeteninfo, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Aqil Alışov
Ehtiyatda olan baş leytenant
“Şəhidləri şəhid edən ölümləri deyil, ölümlərinin səbəbidir”.
(Napaleon)
Var “Qarabağ şikəstəsi!”.. Xan Şuşinski oxuyub! Qarabağlılar ona görə sevir ki… Bax o “ki” ilə işim yox!
Var “Şirvan şikəstəsi!”… Oxuyublar Aşıq Şakir, Əvəzxan Xankişiyev, Alim Qasımov! Şirvanlılar sevir və həmişə də “Qarabağ şikəstəsi”ndən sonra yada salınır ki… Bax bu “ki” ilə də işim yox!
Var “Kəsmə şikəstə!”… Oxuyub Fatma Mehrəliyeva! Qarabağlılar hörmətlə yanaşar, şirvanlılar sevər, bütün Azərbaycan isə zövqlə, həvəslə dinləyər. Amma ki… Bax bu “kəsiklik” “ki”si də öz yerində!
Var… hə, var “O” şikəstə! O şikəstə bütün “Şikəstə”lərin ŞAHIdır. Bütün “Şikəstələr” ondan qaynaqlanır, ondan başlanır. Onu 1988-ci ildən bütün Azərbaycan oxumalı(y)dı!
Oxudumu?
O “Şikəstə” Ümumazərbaycan şikəstəsi – “Şəhid şikəstəsi”dir ki… Bax mənim işim bu “Kİ” ilədir: bütün “Şikəstələr” bu ağrıdan doğar, bu teldə inləyər!
Tarixin verdiyi ağır suallara cavab axtararkən böyük bir həqiqətin şahidi oldum: Və duyub-eşitmədiyim “şikəstə” axtarışındaykən ŞƏHİD ŞİKƏSTƏSİNİN YOXLUĞUNDA bir millətin varlığını gördüm!
Onu da gördüm ki, bütün muğamlarımızın arxasında məhz bir şikəstə boylanır: ŞƏHİD ŞİKƏSTƏSİ!
Anladım ki, dözüm göstərib intiqam almalıyıq!
– Kimdən?
– İllərin intiqamını düşmənlərimizdən, əsrlərin intiqamını tarixdən!
Biz cox əzildik, zaman-zaman yadellilərin əsarətində qaldıq. Bəlkə də millət kimi bəzi nöqsanlarımız tarixdən ibrət almamağımız, bizə asi kəsilənlərin “ASİ”liyini unutmağımızdadır!
Qələbə də, mübarizlik də, istiqlaliyyət də məğrurluq olan evlərdə, ocaqlarda, yurdlarda yaşanır!
Qoy bütün evlərimizin pəncərəsi qələbəyə açılsın, ölkəmizin üstündən məğrurluq və qurur mənbəyimiz olan bayrağımız dalgalansın.
Bəlkə, elə buna görədir ki, zaman bizə epoxal janr olan muğama bu aranjiman diktə edir: XORLA OXUYUN “Şəhid Şikəstəsini” ki:
-Şəhid məzarlarına qan danmasın;
-Şəhid balalarının göz yaşı qurusun;
-Şəhid torpaqlarımızda “şimal küləkləri” əsməsin;
– “Yağı düşmən” Cıdır düzündə at çapmasın və…
“Ki”-nin burası buracan!
***
Analarımızın bizə oxuduğu laylaların alt qatında da o kövrəklik uyuyur: “Şəhid şikəstəsi!”
Bayatıların alt qatından boylanan ərən qardaşın – hansısa düşmən əsgərinin tüfəngindən açılan “kefli güllə”yə tuş gələn bir igidin baxışdakı ifadə, İSMƏTLİ BACILARIN naləsindəki o hönkürtü… Bax, odur “Şəhid şikəstəsi!
 
“Şəhid şikəstəsi”ni ağlaya-ağlaya yox, sevə-sevə səsləndirmək lazımdır “Oğuz Eli”ndə! Çünki bu “ki” şəhidin ilk qanı torpağa düşəndə Allah onun bütün günahlarını yuyar və ona bütün nemətlərini verər! Şəhidi torpaq da çürütməz, ƏMANƏT saxlar.
“Əgər şəhidə təklif olunsa ki, təzədən bu dünyaya qayıtsın, imtina eylər”, deyir peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.)!
Bu gün “Qarabağ şikəstəsi” Qarabağda eşidilmir, havalanmır Xanın səsi! Qarabağsız “Şirvan şikəstəsi”nin də dadı, duzu qaçıb. “Kəsmə şikəstə”siz də kəsik qalmışıq – vətən torpaqlarından, döyüşdən, qələbədən…
“Şəhid şikəstəsi” ona görə oxunmur ki… Bu gün “hər kəsin Allaha bir can borcu var” deyilsə də, eşitdirilsə də, həqiqətən də, hələ o canı Allaha və onun torpağına qurban verməyə-qaytarmağa SƏFƏRBƏR OLMAMIŞIQ.
“Şəhid şikəstəsi”nin, mənası, dəyəri, fəlsəfəsinin “ki”si bu: Millət torpaq uğrunda yox, torpağı düşməndən azad edib qələbə qazanmaq uğrunda Zəfər şərqisi – simfoniyası oxuyur… Bizlərsə adına “muğam” deyirik!
Və bizlər bilə-bilə ki, “Şuşasız, Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur”(Ümummilli lider, Heydər Əliyev), yenə də “Şəhid şikəstəsi” səslənmir!
Bəs var olan nədir?
Axı Azərbaycan xalqının taleyində dərin və ağır iz buraxmış cox müharibələr olub, amma tarix bizim əlimizdə olmayıb deyə tariximizin şikəst olduğunu gec dərk etmişik.
Və biz bilməliyik ki, nə vaxtacan millət bir yerdə “Şəhid şikəstəsi”ni “mənim olümümdən, sənin sağ qalmağına peşman olma” nəqəratının üstündə səsləndirməyib, tarix də şikəst qalacaq!
Bizim TARİX ÜÇÜN “Şikəst şikəstə” bəstələmək haqqımız yox!
***
 
Amma çox da uzaq çəkməz, səslənəcək “Şəhid şikəstəsi”… Bu ulu məmləkətin cəsur övladları – bizlər ön cəbhədə düşmənlə sinə-sinəyə dayananların, ayaqları paytaxtda, ürəkləri səngərdə olanların xatirinə şikəst torpaqlarımızın uğrunda düşmənə qarşı mübarizəmizdən, qələbəmizdən ötrü açdığımız hər güllənin atəşində sübut edəcəyik varlığımızı.
Bunu bizə şəhidlərimizin ruhu deyir! Bunu bizə zaman diktə edir.
Bunu əsgər yoldaşlarının, komandirlərinin qucağında ağzını arayıb sözünü demək istəyib, amma deyə bilmədikləri, arzusu, son sözü belə ürəyində qalan “şəhid məqamı” tələb edir!
Bəlkə də elə onların son nəfəsdə deyəcəkləri “Şəhid şikəstəsi”ni səsləndirin!” olacaqmış!
Bəlkə… Yox!
Şəhidlər… Onlar da “Şəhid şikəstəsi”nin səslənməsini istəyiblər, istəyirlər və istəyəcəklər. Ki, təki torpaq azad olsun, Vətən sağ olsun!
Bəlkə də, onların da demək istədiyi “Kİ” məhz budur:
“Şəhid şikəstəsi”: Oxuyur Azərbaycan xalqı!
Əziz oxucular! Fikir və iradlarınızı infomiqaz@gmail.com email ünvanına göndərə bilərsiniz.
Previous Post

“Şəhid Şikəstəsi”

Next Post

“Qoca” ilə birgə qaçan məhbus son söz deyib: “Peşmanam”

Bənzər yazılar

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

23 İyul 2026 - 16:49

Volodimir Zelenski ABŞ-yə səfər edəcəyini, burada bir həftə ərzində ABŞ liderinin xüsusi elçisi Stiven Uitkoff və sahibkar Cared Kuşner ilə...

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

23 İyul 2026 - 14:00

ABŞ Prezidenti Donald Tramp İranla müharibəni kiçik toqquşma adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "Biz İranla...

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

22 İyul 2026 - 17:55

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazında gəmilərə endirilən hər zərbəyə cavab olaraq İranda bir körpünü...

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Next Post
“Qoca” ilə birgə qaçan məhbus son söz deyib: “Peşmanam”

"Qoca" ilə birgə qaçan məhbus son söz deyib: "Peşmanam"

“Qoca” ilə birgə qaçan məhbus son söz deyib: “Peşmanam”

"Qoca" ilə birgə qaçan məhbus son söz deyib: "Peşmanam"

Son xəbərlər

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
ADY sərnişin daşınmasını 18% artırdı

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

23 İyul 2026 - 18:24
Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

23 İyul 2026 - 18:09
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

23 İyul 2026 - 17:59
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

23 İyul 2026 - 17:37
“Barselona” yeni hücumçu aldı

“Barselona” yeni hücumçu aldı

23 İyul 2026 - 17:25
Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

23 İyul 2026 - 17:16
Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

23 İyul 2026 - 17:08
Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

23 İyul 2026 - 16:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.