Ruslar hücuma keçdi, komandir məhv edildi

56

Ukrayna sərhədçiləri Rusiya komandirini məhv edərək, Baxmut yaxınlığındakı istiqamətlərdən birində düşmən piyadasının irəliləməsini dayandırıb.

Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Baxmut yaxınlığındakı istiqamətlərdən birində rus işğalçılarının piyada bölməsi ukraynalı müdafiəçilərin qalasına hücum etməyi planlaşdırıb:

“Lakin Dövlət Sərhəd Xidmətinin snayperləri onlara imkan verməyiblər. Döyüşçülər dəqiq atılan atəşlərlə komandiri və pulemyotçunu məhv ediblər. Bölməyə nəzarəti itirən işğalçılar hücuma keçməkdən qorxaraq qaçıblar”.