Rusiyanın Urals markalı neftinin orta qiyməti 46,82 dollar/barel təşkil edib

35

Hesablamaya 15 dekabr 2022-ci il tarixindən 14 yanvar 2023-cü il tarixinədək olan dəyəri daxil edilmişdir.
Elchi.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il dekabrın 15-dən 2023-cü il yanvarın 14-dək Rusiyanın Urals markalı neftinin orta dəyəri 46,82 dollar/barel olub.
“2022-ci il dekabrın 15-dən 2023-cü il yanvarın 14-dək aparılan monitorinqlər dövründə Urals markalı neftin orta qiyməti bir barel üçün 46,82 dollar və ya 341,8 dollar/ton təşkil edib”, – nazirliyin məlumatında deyilir.

Şayəstə