Rusiya alimləri qulaq qabığının silikon bionik protezini yaradıblar.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu protez digər cihazlardan fərqli olaraq əsl orqana bənzəyir.
Mövcud bionik protezlər qulaq cihazlarına bənzəyir və daha çox estetik qurğular yalnız qulaq qüsurlarını gizlədir. Alimlər 3D-çap texnologiyalarının köməyi ilə süni qulağın strukturunda həqiqi orqanın relyefini elə təkrarlaya biliblər ki, cihazın skeletinə protezin işləməsi üçün lazım olan elektron komponentlər daxil edilib.
“Qulaq qabığının yaradılan epitezi estetikdir, təbii olması tələblərinə cavab verir, zədələndikdə bərpa oluna bilir. Onun hazırlandığı silikon hipoallergendir, dərinin tərkibini və rəngini uğurla təkrarlayır”, – deyə Milli Tibb Elmləri Akademiyasının Avtomatika və telemexanika kafedrasının dosenti İqor Bezukladnikov bildirib.
Yeganə