Rusiyadan 300 min ton buğda daşıyan 2 gəmi Pakistana çatıb

48

Rusiyadan 300 min ton buğda daşıyan 2 yük gəmisi Pakistanın Karaçi limanına yanaşdı.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər Rusiyadan 400 min ton daha çox buğdanın gələcəyini və martın 30-dək Qvadar limanına çatacağını açıqlayıb.
Rusiyadan gətirilən buğdanın Pakistanda un problemini aradan qaldıracağı gözlənilir.
İnflyasiya və iqtisadi şəraitin pisləşməsi səbəbindən unun qiymətləri ölkə daxilində kiloqramı ən azı 130 rupi (11 türk lirəsi) artmışdı.
Pakistan rəsmiləri əvvəlki açıqlamalarında Rusiyadan 300 min və ya 450 min ton buğda idxal ediləcəyini bildirmişdilər.
Yanvarın 8-də Pakistanın Sind əyalətində dövlətin ucuz qiymətə satdığı unu almaq istəyən daşqın qurbanlarının yaratdığı izdihamda bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Şayəstə