Rusiyada 5 mərtəbəli binada partlayış olub: 9 nəfər ölüb, 9 nəfər yaralanıb

47

Rusiyanın Saxalin adasında 5 mərtəbəli binada baş verən partlayışda 4-ü uşaq olmaqla 9 nəfər həyatını itirib, 9-u yaralanıb.
Elchi.az xəbər verir ki, Rusiyanın Saxalin adasının Tımovskoye şəhərində 5 mərtəbəli binanın dördüncü mərtəbəsində güclü partlayış baş verib.
Ümumilikdə 33 sakinin yaşadığı binanın bir hissəsi partlayışın təsirindən uçub.
Bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları göndərilib.
60 nəfərdən ibarət xilasetmə qrupu binadakı insanları təxliyə edərkən, dağıntılar altında axtarış işlərinə başlayıblar.
Hazırda qruplar 4-ü uşaq olmaqla 9 nəfərin cansız bədəninə çatıb, 9 nəfəri yaralı halda dağıntılar altından çıxarıb.
Saxalin vilayətinin qubernatoru Valeri Limarenko verdiyi açıqlamada, “Həyat itkisi 4-ü uşaq olmaqla 9 nəfərdir. Onlar binanın birinci mərtəbəsinə eniblər. Dağıntılar altında daha 1 nəfərin ola biləcəyi ehtimalını nəzərdən keçiririk” dedi.
Limarenko dağıntılar altından çıxarılan 1 nəfərin əməliyyat olunacağını, digər 8 yaralının isə həyati təhlükəsinin olmadığını bildirib.
Limarenko partlayışın qaz sızması səbəbindən baş vermə ehtimalını nəzərdən keçirdiklərini bildirib.
Rusiya İstintaq Komitəsi partlayışla bağlı araşdırmalara başlayıb.

Şayəstə