Rusiyada 180 mindən çox sakin işıqsız qalıb – SƏBƏB

4

Rusiyanın 20-yə yaxın bölgəsində hökm sürən siklonla əlaqədar son 3 gün ərzində ümumilikdə 180 mindən çox sakin işıqsız qalıb.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, Tatarıstanda 4 nəfər, Pskov vilayətində isə 2 nəfər xəstəxanaya yerləşdirilib.

74 mindən çox evdə elektrik təchizatı kəsilib, 160 ağac aşıb, 19 evə ziyan dəyib.

Siklon Rusiyanın 11 vilayətində, eləcə Mari El, Tatarıstan və Udmurtiya respublikalarında, Perm və Altay diyarlarında hökm sürüb.