Rusiya XİN-dən Krıma hücum təhdidlərinə MÜNASİBƏT

101

“Krım Rusiyanın bir hissəsidir”.

Elchi.az News.am-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın bəyanatını şərh edərkən deyib.

“Biz bu cür təhdidlərin həyata keçirilməsinin qarşısını almaq üçün bir yol tapacağıq. Rusiya Federasiyasının ərazi bütövlüyü, eləcə də təhlükəsizliyi etibarlı şəkildə təmin olunacaq”, – deyə o, bildirib.

Xatırladaq ki, bundan əvvəl Sallivan bəyan edib ki, Vaşinqton Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün Qərb silahlarından istifadə etməyə icazə vermir və Krımı Rusiyanın yox Ukraynanın ərazisi hesab edir.

Yeganə

Həmçinin oxuyun:

“Krım Ukrayna ərazisidir”-Sallivan