Rusiya neftinin dəniz yolu ilə tədarükü həcmi noyabr ayının nəticələrinə əsasən aylıq ifadədə gündə 200 min barel arta bilər – 3,6-3,7 milyon barrelə qədər.
Elchi.az xəbər verir ki, bu barədə “Kommersant” “Kpler” agentliyinin analitiklərinin proqnozuna istinadən xəbər verir.
Rusiyadan ixrac tədarükünün artmasına bir sıra amillər, o cümlədən xammalın yüksək birja qiymətləri, eləcə də oktyabrın sonunda yerli neft emalı zavodlarında planlaşdırılan təmir işləri kömək edəcək. Bunu nəzərə alaraq yerli şirkətlər xaricə daha çox yük göndərmək məcburiyyətində qalacaqlar. Mütəxəssislərin fikrincə, noyabr ayında daşınma həcmlərinin 2023-cü ilin may ayından etibarən rekord səviyyəyə çatacağı gözlənilir.
Nuranə Məmmədova