Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Rusiya kəşfiyyat təyyarəsinin Almaniya Hərbi Hava Qüvvələrində təşvişə səbəb olduğu bildirilir.
Elchi.az xəbər verir ki, Alman mətbuatında yer alan xəbərdə Rusiya kəşfiyyat təyyarəsinin Rügen adası sahillərində transpondersiz uçan İlyuşin İl-20 tipli hava qüvvələrinə aid döyüş təyyarələrinin təcili olaraq havaya qalxdığı bildirilib.
Almaniya Hərbi Hava Qüvvələrinin X sosial media platformasındakı hesabından verilən açıqlamada Baltik dənizi üzərində bir müddət Rusiyaya məxsus hərbi kəşfiyyat təyyarəsinin müşayiət edildiyi bildirilib.
Analoji hadisə ötən ilin aprelində də baş vermişdi, alman döyüş təyyarələri bir müddət Rusiya təyyarəsini müşayiət edərək hava məkanından çıxarmışdı.
Nuranə Məmmədova