Rusiya nefti “su qiymətinə” düşdü

49

Hazırda Rusiyanın “Urals” markalı neftinin bir barreli 43,72 dollara düşüb.
Elchi.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, Rusiya neftinin qiymətinin dəyişməsi G7 ölkələri, Avropa Birliyi və Avstraliyanın qiymət tavanı tətbiq etməsindən yox, Avropa bazarından çıxmasından qaynaqlanır.
“Argus” agentliyinin analitiki Maykl Kerolanın sözlərinə görə, hazırda “Urals”ın heç bir alıcısı yoxdur:
“Buna görə uzaqdakı alıcıları cəlb etmək üçün qiymətləri aşağı salmaq lazımdır. Bu qiymət qadağalarıyla yox, sanksiyalarla və avropalı emalçıların özünü məhdudlaşdırması ilə əlaqəlidir”.
Qeyd edək ki, Avropa Birliyi Rusiya neftinin qiymət tavanının bir barrel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul edib.