Rusiyanın hava hücumundan müdafiə sistemləri Dnepropetrovsk vilayətinin Novoqriqorovka yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” təyyarəsini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Qeyd edilib ki, Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatı Xarkov vilayətinin Malye Proxodı, Dnepropetrovsk vilayətinin Mirolyubovka və “DXR”-in Nijnyaya Krınka yaşayış məntəqələri ərazilərində məhv edilib.
İqor Konaşenkov Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli raketləri ilə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki müəssisələrdən birinin anbar ərazisində Ukrayna Silahlı Qüvvələrinin böyük silah-sursat arsenalının məhv edildiyini də söyləyib.
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib
NATO ölkələri Latviyada "Baltik Zenit 2026" hava hücumundan müdafiə təlimi keçirib. Elchi.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi...





















Son şərhlər