Fevral iclasından sonra Rusiya Mərkəzi Bankı siyasət faizini gözləntilərə uyğun olaraq 16 faiz səviyyəsində sabit saxladı.
Elchi.az xəbər verir ki, bankdan verilən açıqlamada ölkədə inflyasiyanın azalmağa başlasa da, hələ də yüksək səviyyədə olduğu bildirilib.
Açıqlamada, bankın izləyəcəyi pul siyasətinin inflyasiyadakı enişi möhkəmləndirməyə davam edəcəyi vurğulanıb.
Rusiya Mərkəzi Bankı 2024-cü ilin sonuna qədər Rusiyada inflyasiyanın 4-4,5 faiz arasında olacağını gözləyir.
Nuranə Məmmədova