Rusiya məcburi hərbi xidmət üçün yaş həddini qaldırır

68

Rusiya məcburi hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyə hazırlaşır.

Elchi.az xəbər verir ki, bununla bağlı Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov məlumat verib.

Belə ki, məcburi hərbi xidmətə tətbiq edilən 18-27 yaş aralığının 30-a çatdırılması nəzərdə tutulur.

Həmçinin, aşağı yaş həddi 18-dən 21-ə qaldıra bilər.