Rusiya heç vaxt Kanada seçkilərinə müdaxilə etməyib və bu cür ittihamlar həqiqətə uyğun deyil.
Elchi.az TASS-a istinadən xəbər verir ki , bunu Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov deyib.
O, Kanadanın xarici dövlətlərin, o cümlədən Rusiyanın ölkədəki seçki və ictimai proseslərə mümkün müdaxiləsi ilə bağlı ictimai araşdırma aparmaq qərarına belə cavab verib . Diplomat vurğulayıb ki, Kanada heç vaxt Moskvanın daxili işlərində iştirakına dair sübut təqdim etməyib.
Onun sözlərinə görə, bu cür “sui-qəsd nəzəriyyələrinin” reallıqla heç bir əlaqəsi yoxdur. “Bütün müşahidəçilərə aydındır ki, müəyyən xarici qüvvələrin müdaxiləsi ilə bağlı ittihamlar Ottava köpüyü daxilində siyasi oyunlarda əlverişli vasitədir”, – Stepanov bildirib.
Mart ayında Kanadanın Baş naziri Castin Trüdo 2019 və 2021-ci illərdə keçirilən yerli seçkilərə Çinin mümkün müdaxiləsi ilə bağlı sübutları araşdırmaq üçün xüsusi müstəntiqin təyin edilməsi barədə göstəriş verib. Qeyd olunur ki, Kanada mediası əslində siyasətçiyə təzyiq göstərir.
Nuranə Məmmədova





















Son şərhlər