"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Rusiya ilə açıq danışmağın vaxtı çatıb”

16 Dekabr 2016 - 09:28
in XƏBƏR LENTİ
FacebookVatsap

<font color=red><b>“Rusiya ilə açıq danışmağın vaxtı çatıb” </b></font>

Qüdrət Həsənquliyev: “Rusiyanın Azərbaycanda hərbi bazasını da yaratmaq mümkündür, bir şərtlə ki….”

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Son zamanlar Rusiyanın vasitəçiliklə bir araya sığmayan addımları, Kremlin xüsusilə də işğalçı Ermənistana “İsgəndər” raket komplekslərini bağışlamasından sonra bu ölkə ilə birgə hərbi birləşmələr yaratmağa qərar verməsi Azərbaycanda ciddi narahatlıqlar yaradıb.
Ermənistan rəhbərliyinin hətta xarici işlər nazirləri səviyyəsində planlaşdırılan Almaniya görüşünü belə pozması, üstəlik, görüşün keçiriləcəyi günlərdə Qarabağa qanunsuz gəlməsi, hərbçilərlə görüşməsi açıq-aydın təxribatdır və Azərbaycanı savaşa cəlb etmək niyyətindən xəbər verir. Şübhəsiz ki, Ermənistan bu cür azğınlıqlara məhz Kremlin dəstəyi və təlimatları ilə yol verir, əks təqdirdə, Ermənistan həddini aşmağa cürət etməzdi.
BAXCP sədri, deputat Qüdrət Həsənquliuyev də hesab edir ki, Bakı, nəhayət, Moskva ilə açıq danışmalıdır. Xatırladaq ki, Q.Həsənquliyev bundan əvvəl Qarabağın işğalına son qoyulmasının müqabilində Rusiya ilə ciddi anlaşmaya gedilməsini də mümkün sayırdı. Lakin parlamentin son iclaslarından birində Rusiyanın işğalçıya dəstəyinə çox sərt reaksiyası ilə diqqət çəkdi.

– Qüdrət bəy, aprel savaşından sonra Qarabağ məsələsinin tənzimlənməsində təkbaşına aktiv fəaliyyətə keçən Moskva son zamanlar işğalçıya açıq dəstək verməklə daha çox proseslərin tətikçisi rolunda çıxış edir. Sizcə, şimal qonşumuz Bakıdan həllə nail olmasının qarşılığında nələri tələb edir?

– Sözün doğrusu, nə tələb etdiyi barədə məlumatım yoxdur. Amma bilirəm ki, Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqelərindən xeyli dərəcədə geri çəkilib. Yəni Rusiya aprel döyüşlərindən sonra Ermənistana bir az da təzyiqi artırmaq, problemi həll etmək lazımdır, tələbini qoymaq əvəzinə, 250 milyonluq güzəştli kreditlə bu ölkəyə ən müasir silahlar, “Smerç” sistemləri, “İsgəndər” raket kompleksləri verdi.
Beləliklə də artıq Ermənistan nəinki öz mövqelərindən geri çəkilmədi, mövqelərini bir az da sərtləşdirdi. Mənim də parlamentdəki çıxışıma səbəb Sərkisyanın Respublikaçılar Partiyasının qurultayında dolayısı ilə bəyan etməsi oldu ki, “biz Bakını da tuta bilərik, hətta kapitulyasiya aktına imza da atdıra bilərik”. Elə həmin gündə Şoyqunun erməni həmkarı ilə birgə qoşun yaratmaqla bağlı saziş imzalaması açıq deyim ki, vasitəçilik missiyasına heç cür sığmayan, açıq-aşkar təcavüzkarı dəstəkləyən bir mövqedir.
Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bundan sonra Rusiyanın guya vasitəçi olduğuna və bu məsələnin həllinə töhfə verdiyinə əvvəlki şəkildə özünü inandırmağa çalışmamalıdır. Ona görə də parlamentdəki çıxışımda da hökumətə çağırış etdim ki, nəhayət, Rusiya ilə konkret danışıqlar aparıb Moskvanın Azərbaycandan beynəlxalq hüququ müdafiə etməsinin qarşılığında nə istəməsini bilməliyik. Bu barədə xalqımıza da açıq məlumat verməliyik. Bundan sonra da Rusiya ilə münasibətlərimizə mütləq yenidən baxmalıyıq. Yoxsa indiki şəraitdə nə baş verir?
Belə çıxır ki, Rusiya işğalçı dövləti müdafiə edəcək, torpaqlarımızın işğal altında qalmasını Ermənistanla birlikdə təmin edəcək, biz də guya Rusiya ilə dost dövlət kimi yaxından əməkdaşlıq edəcəyik, gündə bir humanitar forum keçirəcəyik, Rusiyada müxtəlif humanitar layihələr həyata keçirəcəyik, hərbi sahədə əməkdaşlıq nəticəsində ona böyük pullar verəcəyik. Əgər aldığımız silahları doğrudan da torpaqlarımızın işğaldan azad olunması üçün istifadə edə bilməyəcəyiksə, niyə Rusiyanın hərbi sənaye kompleksindən o silahları alırıq? Biz o silahı kimlə vuruşmaq üçün alırıq, Türkiyə, Qazaxıstan, İran, ya Gürcüstanla?

– Amma bir məsələ də var ki, Rusiya ilə münasibətlərdə fərqli mövqenin seçilməsi Ukrayna və Gürcüstan təhlükəsini yaradır. Bəlkə hakimiyyət buna görə ehtiyatlı davranır…

– Tutaq ki, Rusiya Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, ya Ukraynada Krımı özünə birləşdirib. Rusiya Azərbaycanla münasibətlərdə də eyni mövqeni sərgiləsə, tutaq ki, Dağlıq Qarabağın “müstəqilliyini” tanısa, mən düşünmürəm ki, Kreml bundan qazanacaq. Əvvəla, Azərbaycan regionda strateji əhəmiyyətli bir ölkədir. Rusiya bu addımı atacağı təqdirdə onun Türkiyə ilə də münasibətləri ciddi şəkildə pisləşəcək. O cümlədən İslam dövlətləri ilə də münasibətlərinin pisləşəcəyi şübhə doğurmur. Azərbaycan cənubla şimal arasında bir dəhliz rolunu oynayır. Hazırda dəmir yolu xətti də çəkilir, İran və Rusiya istəyir ki, Azərbaycan üzərindən öz ticarət əlaqələrini genişləndisin. Dəmir yolu daşımaları da çox ucuz başa gəlir. Dediyim kimi, Azərbaycan bölgədə Rusiyanın maraqlarına uyğun olmayan heç bir addım atmır. Amma sabah Azərbaycan ən azından Gürcüstan səviyyəsində siyasət yürütməyə başlasa, öz əlaqələrinə yenidən baxsa ki, artıq qaradan artıq rəng yoxdur, mən düşünmürəm ki, Rusiya bundan faydalanacaq. Rusiya bilir ki, Cənubi Qafqazda özünün ciddi mövcudluğunu qoruyub-saxlamaq üçün regionun lider dövləti kimi Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamalıdır. Bunun üçünsə Rusiya mütləq özünün siyasətinə yenidən baxmalıdır və Ermənistana mütləq təzyiq etməlidir.

– Deputat həmkarınız Asim Mollazadə parlamentdəki çıxışında təklif etdi ki, Qarabağ danışıqları Ermənistanla deyil, birbaşa Rusiya ilə aparılmalıdır. Sizin də vaxtilə bənzər təklifləriniz olub…

– Mən uzun illər ərzində bu məsələni qaldırmışam. İndi Asim bəy də sağ olsun ki, bu fikri dəstəklədi. Xatırlayırsınızsa, sizin qəzetə müsahibələrimdə dəfələrlə demişəm ki, Rusiya bu münaqişədə vasitəçi yox, tərəfdir, ona görə də Qarabağı azad etmək istəyiriksə, mütləq Rusiya ilə danışmalıyıq. Rusiyanın müəyyən maraqlarını da burada təmin edə bilərik. Hökumətdən fərqli olaraq, hətta mən təklif etmişdim ki, Rusiyanın Azərbaycanda hərbi bazasını da yaratmaq mümkündür. Bir şərtlə ki, Rusiya Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpasına mane olmasın. Əgər Rusiya buna getmirsə, deməli, Azərbaycan bundan sonra da Moskvaya vasitəçi kimi baxmamalıdır. Torpaqlar onsuz da işğal altındadır. Kimsə işğal altındakı Dağlıq Qarabağın müstəqilliyini tanıdı, ya tanımadı, bunun Azərbaycan üçün nə fərqi var? De-fakto bu torpaqlar işğal altındadır və sən oranı azad edə bilmirsən, lap bundan sonra de-yure də tanısınlar, nə mənası? Amma sən torpağını işğalda saxlayan dövlətin maraqlarını təmin edən dostluq siyasəti yürüdürsən. O da bunun qarşılığında etdiklərinin müəyyən nəticələrini görməli, dadmalıdır. Bu baxımdan, Rusiya ilə açıq danışmağın vaxtı çatıb. Sözün doğrusu, mən bilmirəm bağlı qapılar arxasında nə danışırlar. Amma bu barədə xalqa da nəhayət ki, bir açıqlama verilməlidir.

Musavat.com

Previous Post

“Rusiya ilə açıq danışmağın vaxtı çatıb”

Next Post

Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı

Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.