Rusiya hipersəs raketli gəmi Çin və Cənubi Afrika ilə təlimlərdə iştirak edəcək

41

Yeni nəsil hipersəs kruiz silahları ilə təchiz edilmiş Rusiya hərbi gəmisi fevralda Çin və Cənubi Afrika donanmaları ilə birgə təlimlərdə iştirak edəcək.

Elchi.az xəbər verir ki, “Admiral Qorşkovun” Suriyanın Tartus şəhərindəki logistik dəstək məntəqəsinə gedəcəyini, daha sonra Çin və Cənubi Afrika donanmaları ilə birgə dəniz təlimlərinə qatılacağını açıqlayıb.

Bildirilir ki, freqatda olan “Zirkon” raketləri min kilometrdən çox mənzilə malikdir və səsdən 9 dəfə daha sürətli hərəkət edə bilir.

Cümə axşamı Cənubi Afrika Milli Müdafiə Qüvvələri fevralın 17-dən fevralın 27-dək Durban və Riçards Bay liman şəhəri yaxınlığında keçiriləcək təlimlərin “Cənubi Afrika, Rusiya və Çin arasında onsuz da inkişaf edən münasibətləri gücləndirmək” məqsədi daşıdığını açıqlayıb.

Şayəstə