Rusiya Azərbaycanda spirtli içkilər zavodu açıb

10

Rusiyanın spirtli içkilər istehsalçısı olan “Tatspirtprom” dövlət şirkəti Azərbaycanda yerli distributor “Carchioglu Group” ilə birgə Qusar rayonunda spirtli içkilərin doldurulması zavodunu açıb.

“APA-Economics”in “Tatspirtprom”a istinadən verdiyi məlumata görə, 2-3 ilə müəssisə illik 5,5 mln. dekalitr istehsal gücü ilə yerli bazarın 20%-nə sahib olmaq niyyətindədir ki, bu planlara yalnız bazarda saxta məhsulların payının böyük olması müdaxilə edə bilər.

Yeni müəssisədə ildə 190 min dekalitr spirtli içki istehsal etməyə planlaşdırılır, bunun da 18 min dekalitri “Tatspirtprom”un bredlərinin payına düşəcək. Perspektivdə bu göstəricini 1 mln. dekalitrə çatdırmağı planlaşdırılır.