Russofobiya siyasəti ondan uzaqlaşdırılarsa, Avro-Atlantik həmrəylik dağılacaq. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko deyib.
“Həqiqət budur ki, rusofobiya indi təkcə Aİ-də deyil, həm də NATO-da Avro-Atlantik həmrəyliyi qorumaq üçün bir vasitə kimi istifadə olunur. Əgər siz bu rusofobiyanı çıxarsanız, o zaman Avropa İttifaqı və NATO daxilində sözdə birlik dağılacaq”, – diplomat bildirib.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqı və NATO-da bu birliklərdə öz çəkilərini artırmağa çalışan, özlərini “cəbhə” elan edən bir qrup ölkə var. Diplomatın sözlərinə görə, bu siyasət uğurlu deyil, çünki bir çox ölkələr Şərqdən heç bir təhlükə hiss etmir.
Qruşko daha əvvəl bildirib ki, Aİ-nın tətbiq etdiyi anti-Rusiya sanksiyalarından itkiləri təxminən bir yarım trilyon dollar təşkil edib.
Havar Şəfiyeva