Ekvadorun Rusiya avadanlığını ABŞ-a köçürmək qərarı ehtiyatsızlıqdır. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat Quitonun bu addımı kənardan maraqlı tərəflərin ciddi təzyiqi ilə atdığına diqqət çəkib.
Qeyd edək ki, Yanvarın 31-də Ekvador Moskvanın etirazına baxmayaraq, Rusiya avadanlıqlarını Vaşinqtona köçürmək qərarına gəlib. Söhbət ümumi məbləği 200 milyon dollar olan köhnə avadanlığın yeniləri ilə dəyişdirilməsindən getdiyi dəqiqləşdirilib.
Dövlət başçısı Daniel Noboa qeyd edib ki, Rusiya hakimiyyəti bunun hərbi texnika olduğuna istinad edir, lakin onun sözlərinə görə, Ekvador bunun metal qırıntıları olduğunu sübut edib.
Havar Şəfiyeva