Rusiya ABŞ səfirliyinin keçmiş əməkdaşını saxlayıb

76

ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı “sui-qəsd” ittihamı ilə saxlanılıb.
Elchi.az xəbər verir ki, TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Robert Şonovu Vladivostokda saxladığını açıqlayıb.
Xarici dövlət və ya beynəlxalq/xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.
ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq heç bir məlumatın olmadığını açıqlayıb.
Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.

Şayəstə Hüseynova