ABŞ hakimiyyət orqanları Rusiyanın Avropada onlar üçün faydalı olan qüvvələr balansını pozacağından qorxur. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-Çin Əlaqələri üzrə Milli Komitənin üzvü Siminqton Smit “National Interest” jurnalı üçün yazdığı məqalədə məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton Ukraynaya yardıma “geosiyasi oyunda strateji manevr” kimi baxır. Ekspert hesab edir ki, Amerika rəhbərliyi Avropada yeni dominant qüvvənin yaranmasının qarşısını almağa çalışır. O qeyd edib ki Rusiyanın “Şərqi Avropada əhəmiyyətli təsiri balanssızdır”, çünki ölkə Avropa enerji dəhlizlərinə və ticarət yollarına nəzarəti ələ keçirə bilər.
Bundan əvvəl Amerika prezidenti Co Bayden ABŞ-ın rəhbərlik etməli olduğu yeni dünya nizamının zəruriliyini bəyan edib. Onun fikrincə, amerikalılar kifayət qədər cəsarətli və inamlı olsalar, dünyanı indiyədək heç vaxt görülməmiş şəkildə birləşdirə bilərlər.
Havar Şəfiyeva