“Rus generalının geri çağırılması təsadüfi bir vaxtda olmayıb” – POLİTOLOQ

108


“Rus sülhməramlı qüvvələrinin generalının geri çağırması və yeni təyinatın baş verməsi təsadüfi bir vaxtda olmayıb. Azərbaycan ordusunun ciddi şəkildə irəliləyişi, Laçın yolunda nəzarət postunun quraşdırılması kimi proseslərin getdiyi bir vaxtda bu hadisəni irəliləyişlərlə əlaqələndirməsi mümkündür”. Bu sözləri Elchi.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

“Volkov və ondan öncəki generallar “Sülhməramlılıq” missiyasına qəti şəkildə uyğun olmayan, separatizmə yönlük hərəkətlərin etməsi ilə gündəmdə olurdu. Məlum məsələdir ki, Dövlət sərhəd xidmət postunun qurulması Rusiyanın qətiyyən maraqlarına uyğun deyildi. Çünki bu postun quraşdırılması separatçıların nəfəsliyinin tamamilə daraldılması demək idi. Bu ən azından Rusiyanın ermənilər qarşısında imicinin tamamilə pozulması deməkdir. Götürdüyü “öhdəliklərin” heç birinin yerinə yetirmədiynin göstəricisidir”.

Havar Şəfiyeva