Sambadromda samba məktəblərinin rəqqasları yarışıb
Braziliyanın Rio-de-Janeyro şəhərində məşhur Rio karnavalının sonuncu mərhələsi start götürüb.
ANS PRESS-in məlumatına görə, hər il karnaval paradlarının ev sahibi olan Rio Sambadromunda samba rəqs məktəblərinin yarışı bu il də rəngarəng görüntülərə səhnə olub. 700 metr uzunluğunda olan Sambadromda Rio-de-Janeyronun ən yaxşı samba məktəblərinin rəqqasları yarışıb. Samba yarışının iki mərhələsindən birincisi narıncı və sarı rəngli kostyumlarla yadda qalıb. Rəngarəng geyimli və Hellouin üslubunda baş geyimləri ilə diqqət çəkən samba rəqqasları bir-biri ilə yarışıblar. Bəzi samba məktəbləri isə afro-braziliyalı irsinə müraciət edib.
Samba məktəblərinin yarışı Rio karnavalı başlayandan 500-ə yaxın küçə şənliyindən ən böyüyü olub. Bu möhtəşəm şounu izləmək üçün Sambadromun ətrafına on minlərlə adam toplaşıb və onlar səslənən musiqini müşayiət ediblər.
Rio karnavalının rəsmi bağlanış mərasimi isə bu axşam samba məktəbləri yarışının finalçılarının çıxışları ilə keçiriləcək.
Bu il bütün dünyada məşhur Rio karnavalını canlı izləmək üçün Braziliyaya 1 milyona yaxın turist gəlib.
Rəqs etməyi çox sevən braziliyalıların vətənində Rio karnavalı 1972-ci ildən bəri keçirilir.
ANS PRESS