Respublikaçılar qalib gəlsə, Ukrayna bir sent də almayacaq…

67

Respublikaçılar Konqresdə aralıq seçkilərində qalib gələrsə, Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya maliyyə dəstəyini dayandıracaq.

Elchi.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə seçicilərlə söhbət zamanı Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü Marcori Teylor Green bildirib.

O, demokratları öz ölkələrinin cənub sərhədi deyil, yalnız Ukrayna sərhədi ilə maraqlanmaqda ittiham edib:

“Respublikaçılar qalib gəldiyi zaman, Ukrayna bir qəpik də almayacaq! Bizim ölkəmiz daha vacibdir”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasının qarşıdan gələn seçkilərdə qələbəsinin Kiyevə dəstək ilə bağlı qərarların qəbulunu ləngidəcəyini etiraf edib, lakin Vaşinqtonun hər halda dəstəyi davam etdirəcəyinə əmin olduğunu bildirib.

Yeganə