"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rektorun korrupsiya şəbəkəsində şıdırğı bazarlıq

12 Mart 2016 - 20:31
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

“Rektorun korrupsiya şəbəkəsində şıdırğı bazarlıq

Azərbaycan Dövlət İqtisad Universitetində rüşvət tüğyan edir, Ədalət Muradovun rüşvət piramidasında Qabil Manafov, Vəkil Hüseynov, Tofiq Osmanov və Damət Bağırov kahinlik olundadır; PA-ya və Baş Prokurorluğa məktublar ünvanlanıb 
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət tüğyan etməkdədir. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru dəyişklik müşahidə olunmadı.
Əksinə, Şəmsəddin Hacıyevin dövründən sonra vəziyyət daha da mürəkkəbləşdi. Bu təhsil ocağında hər semestr qabağı bir canlanma, canfəşanlıq, şıdırğı bazarlıq gedir. “Gündəm-xəbər”ə yazan bir qrup tələbənin müraciətində qeyd olunur ki, rektor Ədalət Muradovun rüşvət piramidasında təmsil olunan kahinlər var. Rektorun ətrafındakı dördlər… Onlar ADİU rəhbərliyində təmsil olunan və rektorun kabinetinə istənilən saatda daxil olan məmurlaşmış prorektor-dekan heyətidir.
Ş.Hacıyevin dövründən qalan bəziləri də Ə.Muradova canla-başla xidmət edirlər. Həmin bürokrat dekanları kimin rektor olması qətiyyən maraqlandırmır. Təki sistem dəyişməsin, işdən azad olunmasınlar və tələbələri soğan qabığı kimi soysunlar. Odur ki, muradına çatan həmin şəbəkə Ə.Muradovun ətrafında sıx birləşib, rüşvətin geniş təşəkkül tapmasına lazımi dəstək verməkdədir. Bəs, onlar kimdir?
Qabil Manafov – Magistratura Mərkəzinin direktorudur. Rektorun həmyerlisidir. Bu dəfə də tayfa-klan-regionçuluq prinsipi pozulmayıb. Öz sahəsində böyük imtiyazlara sahibdir. Rektorun himayəsində olduğuna görə konfidensial işlərin ifşasından, qeyri-rəsmi əməliyyatların de-şifrə olunmasından narahatlıq keçirmir. Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynov. Onun müasir texnologiyası və bər-bəzəkli dizayn işləri nəticəsində fakültədə rüşvət sürətlə inkişaf edib. V.Hüseynov Ş.Hacıyevin dövründən bu fakültədə tələbələrin qanını sormaq üçün öz komandası ilə çalışır. Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovə gəlincə, onun ən vacib əmtəəsi də semestr imtahanlarında tələbələrin qanını qaraltmaqdır. ADİU-da rüşvət yığılmasında məhsuldar dekanlardan olan T.Osmanov da Ə.Muradov üçün önəmli kadr hesab olunur. Məhz bu korrupsiya piramidasında adıçəkilən dekanların müstəsna iştirakının olduğu iddia olunur. Bu barədə qəzetimizə yazan tələbələr də qeyd edirlər ki, siyahıda Damət Bağırovun rolu xüsusi qiymətləndirilməlidir. Rektorun sağ əli sayılan Damət müəllim elə sabiq rektorun dövründə də mühüm kadr olub. Onun ictimai-siyasi tədbirlərdə, media ilə işləməkdə, universitetin siyasi kursunun praktikasında təcrübəsi var.
Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov bu şəbəkəyə rəhbərlik edir. Bu kampaniya barəsində Təhsil Nazirliyinə və Prezident Administrasiyasına anonim məktublar ünvanlanır. Eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Vergilər Nazirliyinə göndərilən məktublarda sözügedən qruplaşma və ümumilikdə təhsil ocağında baş verənlər barəsində səhih məlumatlar verilib. İmtahanların tarifi, bir intiharın sirri… Əslində, hesab edildi ki, Şəmsəddin Hacıyevin zamanında olan “nöqsan”lara son qoyular, Ədalət Muradov ADİU-nin gələcəyi üçün yeni bir səhifə açar. O, İqtisad Universitetinə hansısa bir yenilik gətirər. Bunun üçün isə mütləqdir ki, ətrafında ağıllı, savadlı, ideya və təşəbbüsü olan şəxsləri birləşdirsin. Bu şərtlər su, hava, qida qədər önəmlidir. Lakin göründüyü kimi, ADİU-də heç nə dəyişmədi.
Əksinə, I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz. Rüşvətlə sürücülük vəsiqəsi verilərkən kompüterdə düzgün cavablarla bağlı düymə necə basılırsa, ADİU-də imtahanları həmin sistemlə həyata keçirirlər. Hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür. Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı. Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib. Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun “kassir”inə çevrildi, “idarəetmə”nin əsasları onun adı ilə bağlandı.
İş yoldaşlığından başlayan bazarlıq “Gündəm-xəbər”ə daxil olan məlumata görə, Ə.Muradovun ADİU-ya rektor təyin edilməsi ilə ölkənin nəhəng ali məktəbi baltalandı. Məhz Ə.Muradovun təyinatının ardınca bu ali təhsil ocağında vəziyyət daha da ağırlaşıb. Mətbuatda dərc olunan xəbərlər və prezidentə ünvanlanan şikayətlər deməyə əsas verir ki, bu təyinat nəinki uğurlu olmayıb, hətta fiaskoya uğrayıb. Belə olmasaydı, ADİU-dan kütləvi şəkildə narazılıqlar ölkə başçısına ünvanlamazdı. Onu da deyək ki, təhsil naziri ilə rektor İqtisadi İnkişaf Nazirliyində iş yoldaşı olublar. Onların arasında dostluq münasibətləri var. Ədalət Muradovun rektor təyin olunmasında Mikayıl Cabbarovun da xüsusi rolunun olduğu bildirilir. Hətta nazir canfəşanlıq nümayiş etdirərək hakimiyyət kluarlarında dostunun rektor keçməsinə müvəffəq olub. Qaynağımız iddia edir ki, bu təyinatdan sonra nazir mövqelərinin gücləndiyinə arxayınlaşıb.
Və rektorla işbirliyi onlar üçün yeni kassaların açılması ilə müşayiət olunub. İddialara görə, Ə.Muradova məhz nazir dostu ali məktəbi çapıb talamağa şərait yaradıb. Nazirin diktəsi ilə hərəkət edən rektor ADİU-da bazar açmaqdan çəkinməyib. Şəmsəddin Hacıyevin dövründə rüşvətin belə tüğyan etmədiyini söyləyən tələbələr indiki şəraitə etiraz edirlər. Mənbə bildirir ki, ADİU-da dekanların tələbələrdən açıq şəkildə pul tələb etməsi, prorektorların çəkinmədən semester alverinə getməsi məhz rektorun onları arxayınlaşdırmasından irəli gəlir. Hətta sabiq rektorun dövründən qalan bəzi dekanlar razılıq edirlər.Çünki onlara Ş.Hacıyevin dövründə belə açıq bazar açmağa imkan verilməyib. Baş mühasibin buxarladığı vəsaitlər Ədalət Muradov 1995-1999- cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Bunca pedaqoji fəaliyyətlə məşğul olması Ədalət müəllimin hazırkı vəzifədə fəaliyyəti üçün stimullaşdırıcı amil sayıla bilər. Başqa sözlə iqtisad universitetinin rektorluğu onun üçün yad vəzifə deyil.
 Məhz elə bu səbəbdən də çoxları yeni rektordan müsbət mənada çox şey gözləyirdi. Məlumatlarda deyilir ki, universitetin maliyyə və mühasibatlıq departamentinin baş mühasibi Nəsimi İsmayılovla bağlıdır. Məhz qısa zamanda bu şəxsin əli ilə küllü miqdarda vəsaitin müxtəlif adlarla “buxarlanması” haqqında məlumatlar dolanır. Bu sıraya isə həm sabiq rektorun zamanından qalıb xərclənməmiş, həm də yeni ayrılmış vəsaitlər daxildir. Əvəzində isə əsas korpusun ehtiyac olmayan bəzi divarları rənglənib. Ə.Muradov nəinki ona göstərilən etimadı doğrultmayıb, hətta universitetin fəaliyyətini çıxılmaz dalana salıb. Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. 25 milyon hara gedib? İstər maddi-texniki baza, istər təhsilin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə çoxalıb. Rektor təyinatından dərhal sonra “kadr islahatlarına” başlayan Ə. Muradov özünə yaxın şəxsləri rəhbər postlara yerləşdirməklə tam nəzarəti ələ alıb. Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya,
Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınması halları bu ilin əsas “göstəricilərindəndir”. Xüsusilə Ədalət Muradovun belə geniş “fəaliyyət” göstərməsində onun Təhsil Nazirinin müavini Ceyhun Bayramovla yaxın münasibətlərinin də mühüm rol oynadığı bildirilir. Ədalət Muradov təhsil nazirinin yaxın çevrəsinə aid edilsə də, onun daha çox nazirin müavini Ceyhun Bayramovun təsiri altında olduğu deyilir. Bu il ödənişli təhsil sektorundan İqtisad Universitetinin hesabına daxil olmuş 25 milyon manatın aqibətindən xəbər yoxdur. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi. /”Gündəlik-Bakı” qəzeti
Previous Post

Rektorun korrupsiya şəbəkəsində şıdırğı bazarlıq

Next Post

İmtahan başa çatdı – cavablar nə vaxt açıqlanacaq?

Bənzər yazılar

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

25 Noyabr 2026 - 15:05

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Türkiyə Respublikasının görkəmli dövlət və...

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

25 Noyabr 2026 - 14:14

Prezident İlham Əliyev ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş "İdxal-ixrac...

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

Azərbaycandan 800-ə yaxın tələbə Litvada təhsil alır

25 Noyabr 2026 - 13:42

Azərbaycandan 800-ə yaxın tələbə Litvanın ali təhsil müəssisələrində təhsil alır, bu ikitərəfli münasibətlərin vacib komponentidir. Elchi.az xəbər verir ki, bunu...

Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb – FƏRMAN

Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılıb – FƏRMAN

25 Noyabr 2026 - 13:19

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılıb. Elchi.az xəbər verir ki, Prezident...

Next Post

İmtahan başa çatdı - cavablar nə vaxt açıqlanacaq?

İmtahan başa çatdı - cavablar nə vaxt açıqlanacaq?

Son xəbərlər

Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

25 Noyabr 2026 - 19:29
Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova vəfat edib

25 Noyabr 2026 - 19:20
Mbappe Ronaldonu geridə qoydu

Mbappe Ronaldonu geridə qoydu

25 Noyabr 2026 - 19:13
Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

25 Noyabr 2026 - 19:00
İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

25 Noyabr 2026 - 18:55
Bakıda 28 istiqamətdə sıxlıq var

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 - 18:43
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

25 Noyabr 2026 - 18:35
Böyük Britaniya dron təhlükəsinə görə döyüş təyyarələrini qorunan anqarlara yerləşdirir

Böyük Britaniya dron təhlükəsinə görə döyüş təyyarələrini qorunan anqarlara yerləşdirir

25 Noyabr 2026 - 18:28
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib

Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib

25 Noyabr 2026 - 18:19
Almaniyada erməni ailəsinin beş üzvünün meyiti aşkarlanıb

Almaniyada erməni ailəsinin beş üzvünün meyiti aşkarlanıb

25 Noyabr 2026 - 18:11
“Air Arabia”nın təyyarəsi sərnişinin ölümü səbəbindən təcili eniş edib

“Air Arabia”nın təyyarəsi sərnişinin ölümü səbəbindən təcili eniş edib

25 Noyabr 2026 - 17:59
Dövlət Agentliyi: “Temu” Azərbaycanda qanunvericiliyi pozub

Dövlət Agentliyi: “Temu” Azərbaycanda qanunvericiliyi pozub

25 Noyabr 2026 - 17:47
Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq

Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq

25 Noyabr 2026 - 17:40
İspaniyanın El-Yerro adasına bir gündə 2 minə yaxın miqrant gəlib

İspaniyanın El-Yerro adasına bir gündə 2 minə yaxın miqrant gəlib

25 Noyabr 2026 - 17:33
“Sabah” “Barselona”ya 0:7 hesabı ilə uduzdu

“Sabah” “Barselona”ya 0:7 hesabı ilə uduzdu

25 Noyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.