"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Ramil Canıyevin yas mərasiminə hücum edildi — Çelyabinskdə kriminal aləm

12 Sentyabr 2017 - 16:47
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Çelyabinsk yenidən kriminal “razborka”ların məkanına çevrilib.

Elchi.az xəbər verir ki, “Malenkaya Qruziya” restoranında baş verən atışmadan sonra naməlum şəxs axşam saatlarında blokun girişində 25 yaşlı Ramil Canıyevə atəş açıb. Xəstəxanaya yerləşdirilən idmançının həyatını xilas etmək mümkün olmayıb.

İstintaq komitəsi Rusiya cinayət məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi qaldırılıb. Şahidlər dindirildikdən sonra şübhəli şəxs müəyyənləşdirilib. Məlum olub ki, idmançı Canıyevə atəş açan şəxs Azərbaycan vətəndaşıdır və o, gizlənir. Onun haqqında axtarış elan edilib.

Qəribə hadisə isə idmançının ölümündən sonra baş verib. Azərbaycan diasporunun nümayəndələri Ramil Canıyevin yas mərasimi üçün “Bakinskiy dvorik” kafesinə yığışıblar. Bu zaman əraziyə polis əməkdaşları cəlb edilib. Polis personaldan başqa yasa yığışan hər kəsi saxlayıb. 200 nəfər yas iştirakçısı polis bölməsinə aparılıb.

Rusiya DİN Çelyabinsk vilayətinin bölməsi bildirir ki, “Malenkaya Qruziya” kafesində baş verən hadisədən məlumatlıdırlar. Amma öldürülən şəxsin əlaqələri və “Bakinskiy dvorik”də baş verən yas mərasimi barədə məlumatsızdırlar.

Saxlanılanlardan biri bildirib ki, baş veerən profilaktik tədbirə oxşamır: “Yas mərasimi idi. Polis hücum etdi, havaya atəş açdı. Dedilər ki, cinayətkarları axtarırlar. Gənc və yaşlılara aman vermədilər. İnsanları əşya kimi maşınlara yığıb apardılar. 200 nəfər apardılar. Hətta Canıyevin atasını da polisə apardılar. Saxlanılanların hamısı Rusiya vətəndaşıdır, sənədləri təqdim etməyə hazır idilər. İnsanların dərdi var, 25 yaşlı oğul itiriblər. Cinayətkarı axtarmaqdansa, yasa basqın edirlər. Sonra isə onlara hörmət edilmədiyi üçün təəccüblənirlər”.

Kafenin ofisiantı da bu sözləri təsdiqləyib: “OMON gəldi, atəş açmağa başladı. Zala soxulub hamını yerə uzadıb vurmağa başladılar. Mətbəxə soxulmadılar. Sadəcə baxıb çıxdılar. Telefonlara baxıb çəkilişləri silməyi əmr etdilər. Bir neçə nəfər etiraz etməyə cəhd etdi”.

Yasda iştirak edənlərdən biri də OMON-dan şikayət edib: “Oğlan ölüb, onun cəmi 25 yaşı var idi. Onun yasına yığışmışdıq. Polislər hücum edib heç nə izah etmədən bizi saxladılar. Məni vurmadılar, amma niyə saxlandığımızı da demədilər”.

Azərbaycan diasporunun Çelyabinskdəki qeyri-rəsmi liderləri iki həftə əvvəl müntəzəm olaraq kriminal “razborka”lara cəlb ediliblər. İlk dəfə onlar son dövrün ən böyük silahlı toqquşması olan “Malenkaya Qruziya”da üzə çıxdılar. Polis restoranda 90 nəfəri saxlamışdı. Hüquq-mühafizə orqanları isə sadəcə operativ-profilaktik tədbirlərdən danışırlar.

Amma Rusiya mətbuatı aydınlaşdırıb ki, söhbətə mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin sabiq əməkdaşı Andrey Çelişev də gəlib. O, FTX tərəfindən qadağan edilmiş “Həmrəylik” həmkarlar ittifaqının liderlərindən biridir. Bu ittifaq deputat Vitaliy Rılskinin “Kalinin ailəsi”nin və onun biznesmen dostlarının maraqlarını müdafiə edir. Onu həm də Çelyabinsk kriminal avtoriteti Vladimir Puzikov dəstəkləyir.

Digər tərəfdə isə oğru dünyasının ən nüfuzlu nümayəndələrindən sayılan, Azərbaycan diasporunun Uraldakı qeyri-rəsmi kuratoru Rəhman Abdullayev olub. Görüşdə marşrut taksi bazarının sərhədləri müəyyənləşdirilməli idi. Amma vəziyyət gərginləşdiyi üçün Çelişev polis çağıraraq arxa yolla aradan çıxıb. Məhz bu hadisələrin davamı olaraq diaspor nümayəndəsi, 25 yaşlı idmançı qətlə yetirilib.

Hüquq-mühafizə orqanları bildirir ki, “razborka”lar sərnişindaşıma bazarındakı sərhədlər ucbatından baş verir. Azərbaycan diasporu bu sahədə ən aktiv  oyunçudur və bazarı əldən vermək istəmir. Amma Canıyevin ölümündən sonra cavabın olacağı dəqiqdir…

Previous Post

Ramil Canıyevin yas mərasiminə hücum edildi — Çelyabinskdə kriminal aləm

Next Post

“Lapşin gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir”

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59

HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. Bu barədə Elchi.az "Haber Global"a istinadən...

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib....

Next Post

“Lapşin gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir”

“Lapşin gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir”

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.