R.T. Ərdoğan:”Taxıl müqaviləsinin uzadılmasına şanslar var”

108

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “Habertürk” telekanalının efirində mayın 18-dən sonra taxıl müqaviləsinin uzadılması şanslarını dəyərləndirib. Elchi.az xəbər verir ki, onun sözlərinə görə, bunun üçün müəyyən addımlar atılır.

“Ümid edirəm ki, taxıl müqaviləsinin uzadılmasına şanslar var”, – deyə o, bu məsələ ilə bağlı lazımi səylərin göstərildiyini vurğulayıb.

Bundan əvvəl məlum olub ki, Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin mayın 5-i elan etdiyi taxıl sazişinin müzakirəsi gələn həftəyə təxirə salınıb. Müqaviləni müzakirə etmək əvəzinə, ilkin texniki danışıqlar aparılıb.

Havar Şəfiyeva