"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Rəsul Quliyevlə Cəmil Həsənli qarşidurması – Səbəb?

14 Mart 2017 - 09:37
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SİYASƏT
FacebookVatsap

Cəmil Həsənli: “Rəsul Quliyev Azərbaycan cəmiyyəti  üçün öz  cazibəsini itirib”; Rəsul Quliyev: “Adamın hələ də dəcəl uşaq təfəkkürü ilə yaşaması dəhşətdir”; Ağasif Şakiroğlu: “Sövdələşmə ilə təyin edilən deputat sən deyilsənmi, Cəmil Həsənli?”
Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli ilə Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyev arasında ciddi qarşıdurma yaşanır. Onlar öz facebook səhifələrində bir-birilərinin ünvanına ağır ittihamlar səsləndirirlər.
Artıq söz savaşı təhqirə belə keçib. Təkcə C.Həsənli və R.Quliyev bir-birini aşağılamır, onların paylaşdıqları statusların altında tərəfdarları liderlərini müdafiə etməklə yanaşı, əks düşərgəni ən ağır formada təhqir edirlər. Hər şey eks-spikerin bir statusu ilə başlayıb…
Həmin statusu təqdim edirik: “Zaqafqaziya adlandırılan 3 respublika 1918-ci il 27-28 mayda müstəqillik alıb. Hər 3-ü müstəqilliyini 1920-21-ci illərdə itirib. Azərbaycan birinci və öz xoşu ilə, heç bir müqavimət göstərmədən, Ermənistan 6 ay 5 minə yaxın əsgəri öldürüləndən, Gürcüstan isə 9 ay 10 min qurban verəndən sonra müstəqilliklərini itiriblər. Hər 3 ölkə eyni rejimdə 70 il yaşayıblar. Müstəqilliklərini geri qaytarmaqda tərs ardıcıllıqla, yəni əvvəl Gürcüstan, ondan bir qədər sonra Ermənistan, Azərbaycan isə sovetlər dağılandan sonra məcburən axırıncı müstəqilliyini elan edib. Gürcüstan və Ermənistan 1991-ci ilin aprelində ”sovet ittifaqının tərkibində qalmaq istəyirsən” referendumunda “biz müstəqilik və sovetləri tanımırıq” deyib və iştirak etməyib. Azərbaycan isə nəinki iştirak edib, hətta 80 faizə yaxın əhali “bəli, qalmaq istəyirik” deyib.
Biz gürcü və erməni kimi olmamağımızla, yəni hökumətə heç bir təsir göstərə bilməməyimizlə fəxr edirik. Millət, nəhayət, anlamalıdır. İstər 1991-ci il referendumu, istərsə də bu günə qədər keçirilən seçkilərin saxtalaşdırılması camaatın birbaşa iştirakı ilə baş tutur. Millət anlamalıdır, saxtalaşdırmaq ancaq hökumətin qorxmadığı, xalqı adam hesab etmədiyi ölkələrdə ola bilər”.
Milli Şura sədri sabiq spikerin statusunda Azərbaycan xalqının təhqir olunduğunu qeyd edərək, ona geniş yazı həsr edib: “Rəsul Quliyevin son yüz ildə Zaqafqaziya xalqlarının keçdiyi tarixi yol haqqında bir statusunu oxudum. Qonşu Ermənistan və Gürcüstanla müqayisəli formada yazılmış bu status bütövlükdə Azərbaycan xalqının alçaldılmasını, onun aşağılanmasını özündə ehtiva edir. Əlbəttə, buna əhəmiyyət verməmək də olardı. Çünki dəfələrlə Rəsul Quliyev tarix və reallıqla uyğunlaşmayan mülahizələr söyləsə də, biz buna əhəmiyyət verməmişik. Öz fərdi problemlərini həll etmək, vətənə dönüşünə razılıq almaq üçün bir müddət bu adam gecə-gündüz müxalifətin ünvanına hədyanlar söylədi, arada mənim ünvanıma da təhqiramiz ifadələr səsləndirdi. Doğrusu, əhəmiyyət verməməyə çalışırdım. Həm də, fikirləşdim ki, əgər adam çox böyük zəhmət çəkib 48 dəqiqəlik videomaterial çəkib paylaşıbsa və altı ay ərzində sosial şəbəkələrdə cəmi 94 nəfər bu materiallara baxırsa, onunla mübahisə etməyin nə mənası var.
Əslində Rəsul Quliyev Simferopol məzhəkəsindən sonra Azərbaycan cəmiyyəti üçün öz cazibəsini itirib…
R.Quliyevin “Azərbaycan birinci öz xoşu ilə” müstəqilliyini itirib ifadəsi həmin cümhuriyyət uğrunda canını fəda etmiş minlərlə əsgərin, zabitin, cümhuriyyət sevdalısı olan insanların ruhuna açıqca bir həqarətdir…
Adam 15 ildən artıqdır işsiz-gücsüz Amerikada oturub, tarixi belə kobud şəkildə təhrif etməmək için özünə əziyyət verib iki kitab belə oxumur. Deyək, başqa kitablara əli çatmır, dünyanı özünün cazibəsinə salmış “Əli və Nino” əsərinidəmi oxumamış bu adam? Oxumuş olsaydı, ölkədən çıxmaq imkanları olduğu halda minlərlə vətənsevər gəncin işğalçılara qarşı necə döyüşdüyü, necə fədakarlıqla öz canlarını iki yaşlı cümhuriyyət üçün qurban verdiyini görərdi. Yalnız Gəncədə 1920-ci ilin may ayının sonlarında 10 min adamın həyatı bahasına başa gələn mübarizə müqavimət deyildimi?
İndi Azərbaycana gəlməyə cəsarəti çatmayan və Bakı əvəzinə Simferopolda eniş edən, mübarizə əzminə görə erməniləri və gürcüləri bizə örnək verən Rəsul Quliyevdən soruşmaq lazımdır ki, təkcə bir şəhərdə dirəniş göstərib həyatlarını qurban vermiş 10 min adamın haqqına niyə təcavüz edirsən? Bəs bu adamların apardığı mübarizə mübarizə deyildi? Bunun adını nə qoyasan?
Rəsul Quliyev, sadəcə olaraq, tarixi prosesi öz fikir və mülahizələrinə uyğunlaşdırmaq üçün onu olduğu kimi deyil, baş-ayaq formada təqdim edib. Qırmızı ordu 1920-ci ilin noyabr ayının 29-da bir güllə atmadan belə Ermənistana daxil olub və heç bir müqavimətlə qarşılaşmadan İrəvanı tutub. Devrilmiş daşnak hökumətində müqaviməti təşkil edəcək general Dro Kanayan bolşeviklərlə sazişə girib, yeni sovet hökumətində hərbi komissar postunu tutmuşdu. Həmin vaxt ermənilərin nəinki 6 ay, heç altı dəqiqə müqavimət imkanları yox idi. Nəinki müqavimət imkanları, heç Ermənistan hökuməti yox idi. 1920-ci il noyabrın sonlarında Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa başda olmaqla, türk qoşunları Gümrüyə yetişmiş, Ermənistan sadəcə diz çökməmiş, iflas etmiş, tabuta qoyulmuşdu.
Tiflis də eyni qaydada bolşeviklərin əlinə keçmişdi. R.Quliyevin bizə nümunə göstərdiyi Gürcüstan hökuməti 1919-cu ilin iyun ayının 16-da imzaladığı saziş əsasında bolşevik işğalına qarşı Azərbaycana kömək etmək əvəzinə Rusiya bolşevikləri ilə gizli əlaqəyə girib müəyyən güzəştlər müqabilində ruslara yardım etdilər. Yəqin ki, R.Quliyev özünün də yaxşı bilmədiyi 1921-ci ilin fevralında Simon Vratsyan başda olmaqla, Ermənistandakı qiyamı, Gürcüstanda 1924-cü ilin avqustunda baş vermiş antisovet üsyanı nəzərdə tutub Azərbaycan xalqını aşağılayır.
R.Quliyev elə danışır ki, sanki içində olduğu milli hökumətin devrilməsində iştirak etməyib. Adam parlamentin sədri ola-ola rəhbərlik etdiyi qurumun səlahiyyətlərinin məhdudlaşdırılmasında iştirak edib. İştirakı ola-ola indi xalqı günahlandırmaq ən azından siyasi yekəxanalıqdır. Amerikada xanənişin olub yüksək materiyadan danışmaq olar. Amma adamdan soruşarlar ki, sən də bu xalqın bir nümayəndəsisən, xalq 20 ildir sənli və sənsiz zəlalətin içindədir. Hansı xidməti göstərdin bu xalqa ki, indi də əvəzini umursan”.
R.Quliyev də öz növbəsində şəxsi hesabından C.Həsənliyə sərt cavab verib: “2013-cü il prezident seçkilərində 65 faiz səs topladığını elan edən, tarixdən başı çıxmayan, ancaq özünü professor adlandıran bir şəxs növbəti cızmaqarası ilə xalqı növbəti dəfə çaşdırmağa cəhd edir. Sifarişlə gah 100 minlərlə azərbaycanlını qanına qəltan etmiş M.C.Bağırovun şəninə dastan yazan bu şəxsin cəfəngiyyat deməkdən başqa bir işi yoxdur. ”Mənə xalqın 65 faizi səs veribdir” deyən bir şəxsin özünün mitinqinə min nəfər belə toplaya bilməməsindən rüsvayçı bir hal ola bilərmi? 2013-cü ildən bu günə qədər mən müxalifəti yox, bu hökuməti gücləndirən bu şəxsin rəhbərlik etdiyi Milli Şuranı tənqid etmişəm… Özünü görkəmli ‘’tarixçi’’ adlandıran bu şəxs, əgər elementar analiz apara bilsəydi, tarixin elementar baza qaydalarından xəbəri olsaydı, günahını dərk edərdi. Həyatda heç kimə heç vaxt heç bir xeyri dəyməyən və bundan sonra da dəyməyəcək bu şəxs heç olmazsa ziyan vurmasaydı, xalqı kölələşdirməkdə rol oynamasaydı, onun yazdığı cızma-qaraya cavab verməmək olardı. Yazımda proseslərin mahiyyətini izah etməyə çalışmışam. Bu insanın yazısına bax, 27 may yox, 26 may olub. Bu yaşda adamın hələ də dəcəl uşaq təfəkkürü ilə yaşaması dəhşətdir… Bu adam hansı olmayan biliyini göstərmək istəyir və nə demək istəyir başa düşmək olmur. Azərbaycan parlamenti öz qərarı ilə hakimiyyəti bolşeviklərə verib. Bu elementar məsələni anlamaq üçün professor olmaq lazım deyil… 2005 Simferopol hadisəsini şou adlandıran adamdan nə gözləmək olar? Sadəcə olaraq, bu adam yalandan, şər və böhtandan yoğrulmuş birisidir, xalqa heç olmazsa ömrünün finişində xidmət etmək istəyirsə, susmalıdır”.
R.Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi kimi tanınan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da C.Həsənliyə cavab verib: “Kim olduğunuzu unutmusunuzsa, yaddaşınızı təzələyə bilərik.
– 300 mindən çox Azərbaycan xalqının qanına əli batmış Mircəfər Bağırova kitab yazan sən deyilsənmi, Cəmil Həsənli?
– Parlamentdə sövdələşmə ilə təyin edilən deputat sən deyilsənmi, Cəmil Həsənli?
– Korrupsioner Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri sən deyildinmi, Cəmil Həsənli?
– 2010-cu ildə deputat seçilməyəcəyin sənə deyiləndə Prezident Aparatında uşaq kimi ağlayan sən deyilsənmi, Cəmil Həsənli?!
Sənin Rəsul Quliyevə dil uzatmağa, söz deməyə mənəvi haqqın çatmır. Yerini bil, həddini aşma, yaşından utan”.

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

Previous Post

Rəsul Quliyevlə Cəmil Həsənli qarşidurması – Səbəb?

Next Post

Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev PressklubTv-yə müsahibə verib. Xalqcəbhəsi.az xəbər verir ki, Qüdrət Həsənquliyev gündəmdə...

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40

Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib. Elchi.az xəbər verir ki, təbrik mətnində deyilir: "Sizi...

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26

"Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi...

Next Post

Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.