Quterreş: “Ağdərililərin üstünlüyü bütün dünyada inkişaf edir”

71

BMT-nin baş katibi Antonio Quterreş Cenevrədə İnsan Haqları Şurasının 52-ci sessiyasının açılışında iştirak edib.

Elchi.az-ın xəbərinə görə, Quterreş bildirib ki, antisemitizm, irqçilik və ağdərililərin üstünlüyü bütün dünyada dərinləşir.

“Antisemitizm, müsəlmanlara qarşı təəssübkeşlik, xristianlara qarşı təqiblər, irqçilik və ağların üstünlüyü ideyası bütün dünyada çiçəklənir”.

Quterreş əlavə edib ki, etnik azlıqlar, LGBT və digər icmalar təqiblərə məruz qalır və nifrət obyektidir.

Yeganə