Quş qripi (H5N1) səbəbiylə ilk qütb ayısının ölümündən sonra yenidən həyəcan təbili çalıldı. Dünyada milyonlarla ev quşuna təsir edən virus indi Antarktida yaxınlığındakı Cənubi Gürcüstanda suitilər ailəsinə yayılıb.
Elchi.az xəbər verir ki, “APHA” bu gün dərc etdiyi hesabatda Antarktidanın cənubundakı Cənubi Corciya adasında yüksək patogenli quş qripinin (HPAI) xəz və fil suitilərinin ölümünə səbəb olduğunu bildirib.
APHA ilk məlum halların 2023-cü ilin oktyabrında qəhvəyi skua adlı quş növlərində meydana gəldiyini açıqladı.
APHA Quş Virusologiyası qrupunun alimi Marko Falçieri bildirib ki, üç həftəlik araşdırmadan sonra bölgədəki demək olar ki, bütün suitilərdə quş qripi əlamətləri müşahidə olunub və təxminən 20 suiti ölüb. Septomlar arasında; Bildirilib ki, öskürək, asqırma, gözdən axıntı, burundan axıntı, başın yavaş titrəməsi, baş tutmaması və titrəmə var.
Nuranə Məmmədova