"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Qurban olum… O GÖZLƏRƏ

14 Oktyabr 2014 - 20:30
in KÖŞƏ YAZILARI
FacebookVatsap

İctimai-siyasi-milli “parkinsonizm”!aydın-caniyev
Bizlər bir ara paranoidal şizofreniya halındaydıq! Əslində şizofreniya da, paranoyya da sağalmaz xəstəliklərdəndir, amma taraqqası ona görə çıxmır ki, xərçəng və ya “spid” kimi ağrıdıcı-öldürücü deyil. Amma və lakin elə “daydayısız naxçıvanlı” kimi yaşamağa bərabərdir!
Ancaq TƏSƏLLİ ÜÇÜN DƏ DEYİM ki, ictimai-siyasi şüurda paranoidal şizofreniyanı əvəzləyən “parkinsonizm” də təhlükəli deyil, fəqət… heç bu da yaxşı hal-durum deyil!
Keçdik mətləbə.
Son 10 ilə qədər, heç olmasa, hər iki düşərgədə “paranoidal-şizofrenik” “analitik”lər, “siyasi icmalçı”lar, “müstəqil ekspert”lər vardı. İndi hətta, – “parkinsonizm” dönəmində, –  onlar da yoxdur! Nadir hallarda olur ki, mən heyrətlənirəm, ehtizaza gəlirəm, tüklərim ürpəşir, üşənir vücudum!
Son mitinqin təhlillərini, son rəyləri və şərhləri görəndə, ölkə və dünya çapında prosesləri vərəvurd edəndə başımdakı ağaran tüklər biz-biz durdu, təbərrik əvəzi qalan qara tüklər də ağardı!
Ölkə müxalifəti parkinsona tutulub başdan-ayağa!!!
Əgər ali tibbi komissiya rəy hazırlamış olsa, bu siyasi meyitlər üçün, epikrizdə uzun bir siyahı alınar: enurezdən tutmuş ta axırda paranoidal şizofreniyayla parkinsonacan!!!
Qıcıq, nifrət, ittiham və qəzəblə “üsyan”a qalxanlara izah edirəm açmasını ki, nədən bu qənaətdəyəm və özümü haqlı hesab etmirəm e, haqlıyam!
Qurban olum O GÖZLƏRƏ
Kİ: a) heç bir halda özlərinə Çörçilli dayaq götürmədilər, gördülər hər bir aksiyanın aqibətini və bəyan etdilər nə etmək lazım olduğunu! Çörçillin “bacıoğluları” isə həmişə siyasi proqnozların niyə təsdiq olunmasına və təsdiq olunmamasına hazır cavablarını “siyasət” adlandırdılar. Bunlar özləri bilə-bilə ki, siyasətçi deyillər, oyuncaqdılar, amma siyasətçi iddiasında bulundular, onlara aldana bilənləri, onlara aldanmaq istəyənləri, aldananları, aldanmaq istəyənləri də şəbəkələrinə qoşdular!
Onların – aldadanların – korların bir xidməti var: onların gözü cəmiyyətin “kor” qismini gördü və cəmiyyətdən korları ayırdı!!! “Görən”ə də qurban, “görməyən”ə də!
b) Qurban olum O GÖZLƏRƏ ki, Azərbaycan ictimai-siyasi şüurunda (təbii ki, kütlə kontingentinin gözündə-nəzərində) “ziyalı” obrazlarından imtina etdilər! Bunlar sonacan vicdansız qala bilməyənlərdir!
Özlərinin yox, xalqın ziyanın yarısından qayıtması naminə vicdansızlıqdan, korluqdan, “ziyalı”lıqdan, “vətənpərvər”likdən imtinaları üçün onlara da qurban olmaq olar!
Bazar bağlanıb və bazara təzə “qəbahət” statusluları buraxmaq, dövriyyədə onlardan istifadə etmək artıq qeyri-mümkün!
Söhbət, əlbəttə ki, xarici xüsusi xidmət orqanlarına və təşkilatlarına xidmət edən, onlar üçün “göz” olanlardan gedir!
Və əlbəttə ki, söhbət həm də daxildə “müxalifət” libasında “iqtidar”a oynayanlardan gedir. Hər iki hal bəyəniləndir. Sonuc bu ki, adamlar dövlətə və dövlətçiliyə xəyanətdən imtina mədəniyyətini nümayiş etdirə bildilər.
Ən azından onların bu “bəsirət göz”ünə qurban olmaq ona görə lazımdı ki, başqa bir təbəqə də belə puça çıxmayacaq və nə xaricilər üçün, nə də aborigenlər üçün artıq şans yox!
Bunlar bizim puça çıxan, çıxdaş olanlarımız olsa da, qədəri-sayı bir o qədər də təsiredici deyil. Ötüşdürmək olar! Bunlar vətən uğrunda “ölən”lərdir – günahlarını ölümləri ilə yudular – “ölməmişdən ölənlər” statusunda olmasalar da, görüntüləri bu!
v) Qurban olum O GÖZLƏRƏ ki… cəmiyyətə şəxsi töhfələri ilə nümunə olub. Azdır. Əlbəttə, yetərincə deyil! Fəqət, nəzərə almaq, gopa basmamaq, pafosdan uzaq olmaq lazımdır. Azərbaycanda təbliğatın növü, forması, vasitələri həddən ziyadə çoxdur, ələ alma, əldə etmək imkanları da həmçinin – bura Rusiya, Çin deyil! Heç Amerika da. Fəqət, pafos cırır….
Elementar bir misal!
Çin Xalq Respublikasının bir millimetr ərazisi də işğal altında deyil, müxalifət problemi də yoxdu, təhsil, səhiyyə, elm hər şey yerində. İqtisadiyyatı ilə Amerikanı, Avropanı lərzəyə salır, ruslar özləri etiraf edir ki, onların evi “Çin dünyası”na məxsusdur! Yerində olmayan, qalmayan xalqdır. Şəxsən şahidiyəm: o qədər güclü dövlətin vətəndaşları it-pişik yeyir, it-pişik günündədir, itnən pişik kimi yaşayır, bizim bəyənmədiyimiz Bakıda zirzəmilərdə yaşayır!
N.B. Moskvada 20 kv.m.-lik evdə 50 çinli bir evdə yerləşir, yatışır və Biryülevo ərazisində it-pişik qalmayıb!!!
20-25 illik müstəqillik dönəmində bu qədər daxili və xarici düşmənlə BELƏ Azərbaycana naşükürlük edilməz!
Rusiya da həmçinin! Belarus da eləcə! Orta Asiya ölkələri, Qazaxıstan istisna olmaqla, daha bərbad!
q) Qurban olum O GÖZLƏRƏ ki… bu gün Azərbaycan üçün milli doktrina səviyyəsində proqramı görə, təklif edə!
Azərbaycana qarşı “intellektual terror”u əhatələyən təkcə elektron və kütləvi informasiya vasitələrindən yararlanmaqla 30-a qədər layihə var ki… icraçıları özümüzkülərdir!
Və… faciəli məqam da hər birinin bu layihədə iştiraka aktivlik cəhdidir!
d) Qurban olum O GÖZLƏRƏ ki… bu tamaşanın rejissorunu görür, bu tamaşaya baxmaq istəmir!
c) Qurban olum O GÖZLƏRƏ ki… anlaya, çatdıra və haylaya, haraylaya: biz artıq bir-birimizi öldürürük! Düşmən bizim məhvimizdən arxayındı!
Elementar misallarla izah edirəm faciəni: məndən şərəşur uşaq bilmirəm ki, olub ya yox, amma özüm kimi kopayoğlu tanımıram: atam həmişə deyirdi ki, sənin faciən odur ki, heç vaxt addım atanda məni düşünmürsən!
Qarşılığında indi özüm hamıya deyirəm: addım atanda Azərbaycanı düşünün! Pis günə özünüz qalacaqsınız!
Hər birinin evində, iş yerində plakat olmasa ki, “Hannibale ante portas”, yəni düşmən astanadadır, heç nə düzəlməyəcək!
DAHA BİR MİSAL: Guya sufi təfəkkürüylə deyirdim ki, bu həyatda məni sarsıda, tərpədə biləcək heç nə yoxdur. Mən bu dünyaya bağlı adam deyiləm. Amma və lakin məni dəhşətli dərəcədə üşəndirən nəsnələrlə qarşıma çıxdı… Allah! Ondan imtina etmək, Ona dov gəlmək olmur!
Vətəndən imtina edəndə, – tutaq ki, Moskvaya gedəndə, – elə təlatümlərlə üz-üzə qoydu ki… asta qaçan namərddi! BU təkcə mənim taleyim deyil, deyildi, minlərlə, onminlərlə azərbaycanlı bu aqibətin daşıyıcısıdır!
Azərbaycana qaçmaq lazımdı, Azərbaycana sığınmaq lazımdı, dünyaya qaçmaq, dünyaya sığınmaq yox! Dünyanın özünün sığınacaq ehtiyacı var!!!
Ailədən, valideynlərdən, uşaqdan, qadından imtina edəndə, səhhət problemiylə hətta küçə fahişəsindən mərhəmətə məhkum etdi!
Azadlıqla çilingağac oynayanda, sözlə meydan sulayanda… bağlı qapıları, vurdumduymaz adamları hədiyyə etdi!
Sadəcə, Allahın yaşam üçün verdiyini qorumaq lazım – Azərbaycanı düşünmək və Azərbaycan üçün yaşamaq! Bunu görmək lazımdı! Əlbəttə ki… qurban olum O GÖZLƏRƏ ki… Azərbaycanı görür!
j) Biz Azərbaycanı görmürük! Görsək, mən beş bəndəcən qısa olan gözümüzün görmə siyahısına qurban olum demərəm. Hazır da görüb yaşayaram!
Amma olmur!
Biz bilmirik – növbəti addım nə ilə nəticələnəcək!
Biz bilmirik – təhsilin, səhiyyənin indiki halı ilə nə əldə edəcəyik!
Biz bilmirik – xalqın indiki əxlaq-davranış-hərəkət kriteriyaları nəyə aparacaq!
Biz bilmirik – böyütdüyümüz uşaqlar ata-anamı olacaq, yoxsa seks-bomba?
Biz bilmirik – əkdiyimizdən nə biçəcəyik!
Qurban olum O GÖZLƏRƏ ki… bilmədiyimizi görsün və desin!
Yoxdur o gözlər!
Varsa da… “parkinson” qoymur!
Parkinsonizmin ən acı nəticəsi quruyan beyinin bədənin üzvlərinə hakimliyi itirməsidir!
Beynimiz bizim orqanizmi idarə etmir!
Azərbaycanda QURBAN OLDUĞUM GÖRƏN GÖZLƏR varsa da, parkinsonizm işini görür!
Cəmiyyət nəinki proseslərə, özünə belə təsir gücündən məhrum!
Xəstə cəmiyyət güclü dövlətin dayağı ola bilməz!
Qurban olum O GÖZLƏRƏ… heç olmasa bunu görsün!
P.S. Mən artıq özüm parkinsondan əziyyət çəkirəm – bu ötən dönəmlərin “paranoidal şizofrenik”lərinin səhhətimə hədiyyəsidi! İstənilən halda… övladlarımı böyütməsəm də, … böyüdülər – istədiyim kimi!
P.P.S. İstənilən halda, övladlarımın “parkinsonizm” cəmiyyətində yaşamı fəlakətdir!
P.P.P.S. Rusiyadan Almaniyaya köçən emiqrant soydaşlarıyla yazışarkən ona sual verirlər: “nu, kak tam? (hə, necədir oralar?)” Cavab: “Vsyo ok. Nooo… kajdıy den koqda vstayeş s utra, strax: “vokruq i vezde nemtsı!” (hər şey yaxşıdır, amma HƏR SƏHƏR DƏHŞƏTLİ BİR QORXU BÜRÜYÜR ADAMI Kİ… hər tərəfdə, hər yerdə almanlardır!!!)”
Anlata bildimmi?

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Previous Post

Qurban olum… O GÖZLƏRƏ

Next Post

Davudoğludan Azərbaycan haqqında xoş sözlər

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Davudoğludan Azərbaycan haqqında xoş sözlər

Davudoğludan Azərbaycan haqqında xoş sözlər

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.