"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyev: “Yeni parlament keçid dövrü üçün olacaq”

17 Aprel 2024 - 15:57
in Cebhe-banner
#image_title

#image_title

FacebookVatsap

“Düşünmürəm ki, 2024-cü ildə keçiriləcək seçkilər zamanı formalaşdırılacaq parlament 5 il fəaliyyət göstərəcək”

Bunu da oxuyun

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib, gözlənilən parlament seçkiləri və bir çox məsələlərdən danışıb.
Elchi.az həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, partiyanız yeni adla Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı. Ədalət, Hüquq və Demokratiya BAXCP-dən nə ilə fərqlənəcək?

– Əslində heç nə ilə fərqlənməyəcək. Bizim nə nizamnamədə, nə də partiyanın proqramında heç bir dəyişiklik baş verməyib. Dəyişiklik yalnız partiyanın adındadır. Biz artıq bunun izahatını ictimaiyyətə vermişik ki, Xalq Cəbhəsi Qarabağ hərəkatından doğdu. Sonradan o, milli azadlıq hərəkatı xarakteri aldı. Görəndə ki, Moskva ədalətli mövqe tutmur, erməni separatçılarına gizlin, bəzən açıq dəstək verir, bundan sonra Qarabağ hərəkatı milli azadlıq hərəkatı oldu. 1989-cu ildə AXC yarananda da Xalq Cəbhəsi sözü Pribaltika respublikalarından götürüldü. Bu da özündə bunu ehtiva edirdi: xalqı birləşdirmək, həm Azərbaycanın müstəqilliyini əlindən almış Moskvaya qarşı, həm də erməni separatizminə və işğalçı Ermənistana qarşı. Hazırda Xalq Cəbhəsinin yaranmasını şərtləndirən əsasların ikisi də aradan qalxıb. Etiraf edək ki, əgər AXC-nin Azərbaycanın müstəqilliyinin əldə olunmasında müstəsna xidmətləri olmuşdusa, yaranmasında əsas səbəbkar olan məsələ – Azərbaycanın ərazi bütövlüyünü qorumaq missiyasını Yeni Azərbaycan Partiyası, İlham Əliyevin liderliyi ilə yerinə yetirdi. Yəni Xalq Cəbhəsi klassik mənada öz missiyasını başa vurub. Əlbəttə, Xalq Cəbhəsinin proqramında ölkənin demokratikləşməsi də var idi, Azərbaycana Qərb siyasi dəyərlərinin, dövlət hakimiyyətinin idarə olunmasının gətirilməsi də var idi, onlar olduğu kimi qalır. Biz o zaman BAXCP-ni yaradanda demişdik ki, Elçibəyin liderliyi ilə iki təşkilat olub: Bütöv Azərbaycan Birliyi və Azərbaycan Xalq Cəbhəsi. Biz bu iki adı özümüzdə birləşdirmişdik. Bütöv Azərbaycan ideyası da xalqımızın əsas amalı kimi həmişə bizim mübarizəmizin, ideya xəttimizin əsasını təşkil edəcək.
– Yəni heç kim narahat olmasın…
– Bəli. Heç bir dəyişiklik baş vermir. Sadəcə olaraq, hesab edirik ki, bu gün xalqımızın qarşısında duran ən böyük vəzifə Şimali Azərbaycanı həm də Cənubi Azərbaycan üçün çox cəlbedici edəcək ədalətli bir cəmiyyətin qurulması, hüquqi dövlətin yaradılması, ölkədə demokratiyanın inkişaf etdirilməsidir. Ona görə də bax, bu üç dəyər bizim partiyanın adında öz əksini tapır. Partiyamız Ədalət, Hüquq, Demokratiya adlanır. Bəziləri deyir ədalətli cəmiyyət həm də hüquqi dövlət deməkdir. Amma yox. Hüquqi dövlət qanunların aliliyinin təsbit olunduğu ölkədir. Amma  qanunlar ədalətli olmaya bilər. Ona görə də qanunun aliliyi təmin olunmalıdır, ancaq qanunlar ədalətli olmalıdır. Bundan başqa, tutaq ki, tarixdə çoxlu imperatorlar olub və onlar çox ədalətli olublar. Məsələn, Qanuni Süleyman. Qanunun aliliyi məmləkətdə yüksək səviyyədə təmin edilib, amma demokratiya olmayıb, hakimiyyəti xalq formalaşdırmayıb, o ölkədə rəqabət olmayıb. Biz də hesab edirik ki, inkişafı təmin edən əsas amillərdən biri həyatın bütün sahələrində rəqabətin olmasıdır, istəyir siyasətdə olsun, istəyir iqtisadiyyatda, istəyir mədəniyyətdə və s. Biz hesab edirik ki, həm də demokratiya inkişaf etdirilməlidir. Bu baxımdan partiyamızın qarşısında duran əsas məqsəd budur. Bizim partiya milli demokratik partiyadır, liberal mühafizəkarlardır. Həm milli demokrat, həm liberal mühafizəkarlar olaraq  sağ mərkəzçi partiyayıq. Sağ mərkəzçilər olaraq biz cəmiyyətin inkişafını təkamüldə görürük. Biz inqilablar yolu ilə dəyişikliklərdən çəkinirik, bunu zərərli və ziyanlı hesab edirik. Ona görə də sağ mərkəzçi olan partiyamızın əsas məqsədlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsi, qorunmasıdır. Hesab edirik ki, dövlətin, iqtisadiyyatın inkişafı sahibkarlara diqqət və qayğıdan keçir. Yalnız bu yolla iqtisadiyyatı inkişaf etdirmək, ölkədəki sosial problemlərin öhdəsindən gəlmək olar.
– Qüdrət bəy, Ədliyyə Nazirliyinin yeni rəhbərliyinin sizin müraciətə operativ şəkildə reaksiya verərək, müsbət cavablandırması Azərbaycanda yeni dövrə keçiddə sizin atdığınız addımlara dəstək sayıla bilərmi?
– Burada yeni bir partiyanın qeydə alınmasından söhbət getmir ki, bunun üçün Ədliyyə Nazirliyinin kollegiyası toplansın, ciddi araşdırma aparsınlar, partiya üzvlərini yoxlasınlar. Bu, əlbəttə, çox vaxt aparan məsələdir. Burada, sadəcə olaraq, biz ad dəyişirik, idarə səviyyəsində həll olunur və texniki məsələdir. Ona görə də bu, qısa müddətdə həll olunub. Əlbəttə, bir çox hallarda görürük ki, qanunla göstərilən müddətlər aşılır, süründürməçilik olur, biz bunu müşahidə etmədik. Buna görə də Ədliyyə Nazirliyinin yeni rəhbərliyinə də öz təşəkkürümüzü bildiririk. Bilirsiniz ki,  Azərbaycan Prezident Administrasiyasında Siyasi partiyalarla iş şöbəsi yaradılıb. Biz zamanında bunu çox mütərəqqi bir addım kimi qiymətləndirmişik. Bizim birbaşa Prezident Administrasiyası ilə mütəmadi əməkdaşlıq, əlaqə saxlamaq imkanlarımız var. Vacib deyil ki, hər dəfə Ədalət müəllimin (Ədalət Vəliyevlə – E.P.) özü ilə əlaqə saxlayaq. Amma o şöbənin əməkdaşları, müavinlərlə mütəmadi əlaqə saxlamaq imkanlarımız var. Əgər hansısa bir dövlət orqanı tərəfindən siyasi partiyanın fəaliyyətinə problem yaradılırsa, yersiz süründürməçiliyə yol verilirsə, biz problemləri Prezident Administrasiyası səviyyəsində də çözə bilirik. Bu baxımdan partiyamızla bağlı heç bir problem olmadı və zamanında ad dəyişikliyi qeydə alındı.
– Yeri gəlmişkən, ötən müsahibəmizdə ədliyyə naziri Fərid Əhmədovla bağlı müəyyən gözləntilərinizi bölüşmüşdünüz, ümidlərinizi ifadə etmişdiniz… Artıq gözləntilərin doğrulduğunu demək olar?
–  Səmimi deyirəm ki, texniki məsələ olsa da, zamanında dövlət orqanlarının öz vəzifələrini yerinə yetirməsini mən çox müsbət qiymətləndirirəm. Mən yeni nazirlə ilk dəfə Baş Prokurorluğun təşkil,  baş prokuror Kamran Əliyevin moderatorluq etdiyi  “Rəqəmsal cinayət prosesi-müasir çağırışlar və hədəflər” mövzusunda konfransda görüşdüm. Açılış  nitqi ilə çıxış edənlərdən biri də o idi. Mən onun çıxışına da diqqətlə qulaq asdım. Əvvəllər də söyləmişəm ki, o, kifayət qədər nüfuzlu universitetlər bitirib, hüququn fəlsəfəsini, qanunvericiliyi bilən adamdır. Onu da demişdim ki, biz zamanla onun fəaliyyətinə baxıb, qiymət verəcəyik. Yəni insanın savadlı olması o demək deyil ki, həmin şəxs öz vəzifələrini layiqincə yerinə yetirəcək, təmənnasız fəaliyyət göstərəcək və sair. Zamanla biz onun xalqımız, dövlətimiz üçün nə dərəcədə faydalı olacağını, bu dəyişikiyin ölkəmiz üçün nə dərəcədə xeyirli olacağını müəyyənləşdirəcəyik.
– Əsl seçki havasıdır. Siz necə düşünürsünüz?
– Bəli, sözsüz, seçkilər yaxınlaşır. Hesab edirəm ki, bir neçə ay vaxt qalır. Noyabrda seçkilər olmalıdır. Biz bilirik ki, sentyabrın ortalarında “Formula-1” yarışları keçiriləcək. Fikrimcə, Formula yarışlarınadək, sentyabrın ortalarına qədər sağlam və siyasi məntiq parlament seçkilərinin keçirilməsinin zəruriliyini diqtə edir. Böyük ehtimalla, hökumət də bu mövqedən çıxış edəcək və həm “Formula-1″dək, həm COP29-a qədər ölkədə seçkilərin keçirilməsini təmin edəcək. COP29-un əsas tədbirinin noyabrın 22-də keçiriləcəyini nəzərə alsaq, seçkilərin vaxtında keçirilməsi ehtimalı da var. “Formula-1” 13-15 sentyabrda keçiriləcəksə, düşünürəm ki, sentyabrın 10-dək seçkilər keçirilə bilər. İki ay tez və ya gec heç nəyi dəyişmir.
– Sizə rəsmi, yaxud qeyri-rəsmi nəsə deyilibmi?
– Yox, hər hansı bir məlumat yoxdur. Sadəcə olaraq, ehtimallardır.
– Qüdrət bəy, sizcə, budəfəki seçkilər əvvəlkilərdən nələrlə fərqlənəcək?
– Sözün doğrusu, mən istəyərdim ki, ölkədə öncə konstitusiya islahatları həyata keçirilsin və sonra parlament seçkilərinə gedilsin. Amma artıq zaman yoxdur. Konstitusion müddəti də pozmaq olmaz. Yəni parlamentin fəaliyyətini 5 ildən artıq uzatmaq olmaz. Yalnız ölkədə hərbi vəziyyət olduqda müddət uzadıla bilər. Amma ölkədə konstitusion islahatlar da qaçılmazdır, buna çox böyük ehtiyac var. Düşünmürəm ki, 2024-cü ildə keçiriləcək seçkilər zamanı formalaşdırılacaq parlament 5 il fəaliyyət göstərəcək. Yəni belə bir ehtimal azdır, amma 5 il fəaliyyət göstərə də bilər.
– Kifayət qədər sensasion yanaşmadır. Nəyə əsasən belə deyirsiniz?
– Ona görə ki, konstitusiya islahatlarına ehtiyac var. Ölkədə dövlət idarəetməsi təkmilləşdirilməlidir.
– Yəni budəfəki çağırış keçid dövrünün parlamenti olacaq?
– Bəli. Mən düşünürəm ki, 2025-ci ildə ölkədə referendum keçirilsə və yeni konstitusiya qəbul olunsa da – buna çox böyük ehtiyac var, 1995-ci ilin konstitusiyası keçid dövrünün konstitusiyası idi – ölkədə yenidən parlament seçkilərinin keçirilməsinə ehtiyac olacaq. Ola bilsin konstitusiyada qeyd oluna bilər ki, konstitusiyanın parlament seçkilərinə aid olan hissəsi növbəti parlament seçkilərindən sonra, yəni 2029-cu ildən sonra tətbiq olunur. Yəni belə ehtimal da var. Amma zamanı o qədər uzatmağın da adı yoxdur. Ona görə ki, cəmiyyət inkişaf edir. Biz 33 ildir dövlət müstəqilliyimizi əldə etmişik, amma dövlət idarəetməsi təkmilləşməyib. Baxmayaraq ki, cəmiyyət çox sürətlə irəli gedib, inkişaf edib. 1991-ci illə indiki dövrü müqayisə edin. O vaxt heç mobil telefonlar yox idi. Görün bu 33 il ərzində dünya haradan-haraya inkişaf edib. O baxımdan dövlət idarəetməsində mütləq yeniliklər olmalıdır. Şərait də göstərir ki, bizdə həm dövlət aparatı şişib, bir çox dövlət orqanlarının funksiyaları üst-üstə düşür, optimallaşdırma, struktur islahatları aparmaq lazımdır. Ona görə də yeni konstitusiyanın qəbulu zərurətdir. Məhkəmə hakimiyyətinin, parlamentin rolu artırılmalıdır. Yeni konstitusiyada vitse-prezidentlik institutu saxlanılacaqsa, Nazirlər Kabineti ləğv olunmalıdır. Hökumət üzvləri parlamentin razılığı ilə vəzifəyə təyin olunmalı, onlara Milli Məclis tərəfindən etimadsızlıq ifadə olunduqda vəzifələrindən azad olunmalıdırlar. Konstitusiyada parlamentdə siyasi fraksiyaların yaradılmasını təmin edən mexanizmlər yaradılmalı, proporsional seçki sistemi bərpa olunmalı, Milli Məclisə geniş səlahiyyətlər verilməlidir. Parlament hökumət üzərində normal nəzarət funksiyasını yerinə yetirə bilməlidir. Bizim indiki nəzarətimiz ildə bir dəfə hökumətin hesabatını dinləməkdir. Amma Hesablama Palatasından kənar parlamentin müvafiq komitəsini yaratmaqla birbaşa nəzarət mexanizmləri yaradılmalıdır. Əlbəttə, bizim partiyanın mövqeyi, ümumiyyətlə, ondan ibarətdir ki, parlamentli respublika modelinə keçək. Amma inanmıram ki, YAP hakimiyyətdə olduğu dövrdə buna getsin. Ona görə də ən azından məhkəmə və qanunverici orqanın səlahiyyətləri genişlənməli, məhkəmələrin qismən də olsa, müstəqilliyi təmin edilməli, hakimiyyətin qanadlarının bir-birinə qarşılıqlı nəzarət mexanizmi yaradılmalıdır. Köklü islahatlar aparmadan güclü iqtisadiyyat qurmaq, iqtisadiyyatda neftdən asılılığa son qoymaq, vətəndaş məmnunluğuna söykənən güclü hüquqi dövlət qurmaq mümkün olmayacaq.
Previous Post

Qüdrət Həsənquliyev: “Yeni parlament keçid dövrü üçün olacaq”

Next Post

Evdən 30 yaşlı kişi meyiti tapıldı

Bənzər yazılar

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

“Biznes mühitinə kömək etməyin ən yaxşı yolu rəqabət mühiti yaratmaqdır” – Qüdrət Həsənquliyev

27 Aprel 2026 - 15:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun...

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

İsrail aviasiyası Tehranda “Bəsic” bölmələrinə zərbələr endirib

17 Mart 2026 - 20:13

İsrail Müdafiə Ordusu Tehranda "Bəsic" bölmələrinə zərbələr endirdiyini elan edib. Elchi.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial...

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 900 nəfəri ötüb

17 Mart 2026 - 19:58

Bu günə qədər İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir...

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində təmizləmələr aparılması göstərişini verib

Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində təmizləmələr aparılması göstərişini verib

25 Fevral 2026 - 22:54

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətində kadr təmizləmələrinin aparılması barədə göstəriş verib. Elchi.az xəbər verir ki, Zelenski bu barədə...

Next Post
25 yaşlı oğlan valideynlərini və qardaşını öldürdü – Dəhşət

Evdən 30 yaşlı kişi meyiti tapıldı

25 yaşlı oğlan valideynlərini və qardaşını öldürdü – Dəhşət

Evdən 30 yaşlı kişi meyiti tapıldı

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.