"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyev: “Müharibənin dayandırılması Putindən asılıdır”

24 Fevral 2024 - 12:29
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Bunu da oxuyun

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Rusiyanın Ukraynaya hücumundan 2 il keçir, mövcud vəziyyəti necə xarakterizə edərdiniz?

-Təəssüf ki, ABŞ və müttəfiqləri  müharibənin bitməsində maraqlı görünmür və her keçən gün sülhü bir az da çətinləşdirir. Hər iki tərəfdən ölən və yaralananların sayı birlikdə bir milyonu keçir. Müharibənin dayandırılması Putindən daha çox asılıdır. O güclü liderdi və qardaş qırğınına son qoymalıdır. Türkiyənin vasitəçiliyindən istifadə etmək lazımdır. Rusiya qoşunlarını Ukraynanın ərazisindən çıxarmalı, 2014-cü ilə qədərki vəziyyət bərpa olunmalı, Ukrayna NATO-ya üzvülükdən imtina etməli, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar aradan qaldırılmalı, Rusiya Ukraynanın bərpasına kömək etməlidir. Rusiya ilə Ukrayna arasında dostluq və əməkdaşlıq barədə yeni saziş imzalanmalıdır.

-ABŞ niyə Ukraynanın tam qələbəsində maraqlı görünmür?

-Putin 2021-ci ildə Baydenlə İsveçrədə görüşəndən sonra müharibə hazırlığına başladı. Orda Ukraynanın gələcəyi ilə bağlı hansısa razılığın əldə olunması ehtimalı çox böyükdür. Sadəcə, müharibə başlayandan sonra ABŞ-ın və müttəfiqlərinin təkidinə baxmayaraq, Zelenski Kiyevdən qaçmadı və gözlənilənlərin əksinə Ukrayna xalqı və ordusu rus qoşunlarına güclü müqavimət göstərdi. ABŞ-ın Ukraynaya etdiyi yardım sivil dünyada öz sifətini qorumaq üçündür, Rusiyanı məğlub etmək üçün yox. Əvvəllər dəfələrlə söyləmişəm, ABŞ-ın 2-ci dünya savaşında SSRİ-yə etdiyi yardımla indi Ukraynaya etdiyi yardımı müqayisə edin. ABŞ-da cəmiyyəti ikiyə bölmüş, yenilənməyən siyasi sistem çox eybəcərləşib, ali dəyərlər, beynəlxalq öhdəliklər daxili siyasi mübarizəyə qurban verilib. Heç kim unutmamalıdır ki, 2014-cü ildə Krım və Şərqi Ukrayna işğal olunda da Bayden və demokratlar hakimiyyətdə idi. Onu da qeyd etmək lazımdır ki, Qərbin müəyyən dairələrində Rusiyanın uduzacağı təqdirdə nüvə silahı tətbiq edəcəyi qorxusu var. Qorxaqlar isə qalib gələ bilməz. Müharibədə sən rəqibindən daha cəsarətli və hər şeyə hazır olmağını nümayiş etdirməlisən. Rusiya, həm də təkcə onlar yox, hər kəs onların qorxduğunu görür. Hazırda nüvə silahı tətbiqi təhlükəsi realdır. Qərbdə bir qrup isə Ukraynanın müqavimət göstərdiyini görüb Rusiyanı daxildən dağıtmaq üçün müharibənin davam etməsini istəyirlər. Rusiyanı dağıtmağın qanlı yolu seçilib. Ona görə də müharibənin başlanmasının qarşısı alınmalı idi. Təəssüf ki, Qərb liderləri tərəfindən həmin ərəfədə bu istiqamətdə heç bir iradə nümayiş etdirilmədir.

-Ermənistanda revanşistlər bizə qarşı yeni müharibə başlada bilərmi?

-Ermənistanın silahlandırılması buna xidmət edir. Amma anlamırlar ki, Ermənistan ordusunun psixoloji baxımdan bərpası üçün on illər lazımdır. Həm də Azərbaycan yerində durmayıb. Türkiyədən müasir “Akınçı” PUA-ların alınması, Pakistandan JF-17 döyüş təyyarələrinin alınmasına dair sazişin imzalanması ordumuzun gücünü dəfələrlə artıracaq. Ermənistan işğala son qoymalı, işğal altında saxladığı ərazilərimizi azad etməli, öhdəliklərini yerinə yetirməli, Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalıdır. Paşinyan anlamalıdır ki, heç bir müharibə, anti-Rusiya ritorikası, Qərbə, İrana pişiklənmək, Azərbaycanı qaralamaq kampaniyası onu öhdəliklərini yerinə yetirməkdən yayındıra bilməyəcək. Müharibə başladıb Qərbi regiona dəvət etmək çıxış yolu deyil və onları xilas etməyəcək.

Previous Post

Qüdrət Həsənquliyev: “Müharibənin dayandırılması Putindən asılıdır”

Next Post

Ukrayna BMT Təhlükəsizlik Şurasının gündəmində

Bənzər yazılar

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44

Çox yüksək temperaturda isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq qəbul edilməsi qida borusu xərçəngi riskini artırır. Mütəxəssislər içkinin...

Next Post
Ukrayna BMT Təhlükəsizlik Şurasının gündəmində

Ukrayna BMT Təhlükəsizlik Şurasının gündəmində

Ukrayna BMT Təhlükəsizlik Şurasının gündəmində

Ukrayna BMT Təhlükəsizlik Şurasının gündəmində

Son xəbərlər

Aİ liderləri Kaya Kallasın gələcəyini müzakirə edəcəklər

Aİ liderləri Kaya Kallasın gələcəyini müzakirə edəcəklər

10 Sentyabr 2026 - 15:00
Ermənistan mallarına yeni güzəştlər olacaq

Ermənistan mallarına yeni güzəştlər olacaq

10 Sentyabr 2026 - 14:51
“Venesuela nefti ABŞ-ı 500 il təmin etməyə kifayət edir” – Tramp

“Venesuela nefti ABŞ-ı 500 il təmin etməyə kifayət edir” – Tramp

10 Sentyabr 2026 - 14:00
“Tramp yatmaqdan imtina edir” – Bessent

“Tramp yatmaqdan imtina edir” – Bessent

10 Sentyabr 2026 - 13:00
“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib

10 Sentyabr 2026 - 12:52
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb

10 Sentyabr 2026 - 12:43
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

10 Sentyabr 2026 - 12:30
Yunanıstanda yanğın nəticəsində 8000 dekar ərazi zərər görüb

Yunanıstanda yanğın nəticəsində 8000 dekar ərazi zərər görüb

10 Sentyabr 2026 - 12:21
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

10 Sentyabr 2026 - 12:13
Məqsədli büdcə fondları ləğv ediləcək

Məqsədli büdcə fondları ləğv ediləcək

10 Sentyabr 2026 - 12:01
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

10 Sentyabr 2026 - 11:56
Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərilib – FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərilib – FOTO

10 Sentyabr 2026 - 11:49
Filippində sərnişin bərəsində yanğın: 5 ölü, 87 nəfər itkin düşüb

Filippində sərnişin bərəsində yanğın: 5 ölü, 87 nəfər itkin düşüb

10 Sentyabr 2026 - 11:40
Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşadı

Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşadı

10 Sentyabr 2026 - 11:31
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

10 Sentyabr 2026 - 11:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.