Qriqoryan NATO rəsmisi ilə regionu müzakirə etdi

85

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə regiondakı vəziyyəti müzakirə edib.

Elchi.az xəbər verir ki, Qriqoryan bu barədə sosial media hesabında yazıb.

O, Brüsseldə NATO rəsmisi ilə iş naharı etdiyini bildirib.

Tərəflər Azərbaycan-Ermənistan danışıqları ətrafında baş verən son hadisələri müzakirə ediblər.