“Qızılgül 2” müharibənin yaranması üçün zəmin yaranıb-POLİTOLOQ

87

“Gürcüstanda qızıl gül  inqilabının  növbəti ssenarisini həyata keçirmək üçün etiraz aksiyalarını davam etdirəcəyini bəyan edib. Müxalifətin qanun layihəsinin Rusiyadakı qanunun analoqu olması barədə fikirləri heç bir ciddi dəlillərə söykənmir”-bu sözləri Politolg Elşən Manafov Elchi.az-a açıqlamasında vurğuyalıb.

Onun sözlərinə görə bundan əlavə bu məzmundakı ABŞ qanunu əslində daha radikaldır:”Belə bir qanun Böyuk Britaniyada, Hindistanda, Misirdə, Əlcəzairdə və digər ölkələrdə də mövcuddur. Və əslində xarici agentura şəbəkəsinin fealiyyətini, xüsusilə onların maliyyə təminatı ilə bağlı məsələləri qanunvericilik konteksində izləməyə imkan verir. Gürcüstanda MDB məkanında Rusiyaya qarşı qərbpərəst gürcü müxalifətinin dəstəyi ilə ikinci cəbhəni açmağı planlaşdıran Qərbdəki bəlli dairələrin hazirda bu ölkədə yaşananlarla bağlı hay-küy kompaniyası həm də Rusiyaya qarşı aparılan informasiya müharibəsinin tərkib hissəsidir. Digər tərəfdən istisna deyil ki, Qərb 2008 -ci ildə yaşananlarla bağlı kart blanş, hətta revanş götürmək fikrindədir. Ermənistandakı təmsilçisi Paşinyanın vasitəsilə o hələ iki il əvvəl bölgədəki geosiyasi realliqları birmənalı şəkildə öz xeyrinə dəyişmək üçün məlum müharibəni törətmişdir. Lakin gözləntiləri özünü doğrultmadığından hazırda Gürcüstandakı təsir agentləri vasitəsilə bunu növbəti dəfə dəyişməyə cəhd edir. Gürcüstan iqtidarının 2014 -ci ildə Ukraynada yaşanan Meydan hadisələrindən ibrət dərsi almamağı “sakitləşdirmə siyasətinə” meylli olması, hələlik siyasi iradə nümayiş etdirə bilməməsi, hətta geri çəkilməsi Gürcüstanın Qərbin nüfuz dairəsinə keçə biləcəyi ilə bağlı ehtimalların artmasına səbəb olur”.

O eyni zamanda Rusiyanın hələ 2021-ci ildə region dövlətləri arasinda əməkdaşliğı dərinləşdirmək, bölgədə uzun muddətli sülh və təhlükəsizliyi təmin etmək məqsədilə region dövlətləri tərəfindən 3+3 formatında əməkdaşlıqla bağlı təkliflərin verdiyini də qeyd edib.

“Bu təkliflər regionun bütün dövlətləri-Turkiyə, Azərbaycan, İran, Ermənistan tərəfindən dəstəklənmişdi. Lakin məhz Gürcüstan bu formatda əməkdaşlığa hələlik lüzum olmadığını bəyan etmiş, bununla da Tbilisidəki ABŞ səfirliyinin müəyyən etdiyi qırmızı həddi keçməməyi  qət etmişdir. Zira Gürcüstan hakimiyyəti yekrəng deyil, prezident Zurabaşvilinin sərgilədiyi mövqe belə bir fikri səsləndirməyimizə əsas verir, hakimiyyətin yekrəng olmaması, müxalifətin radikal qanadının sağlam məntiqdən uzaq olan və Qərbin Gürcüstandakı maraqlarına xidmətə əsaslanan prinsipiallığı Rusiyanın isə Ukraynadakı müharibəyə cəlb olunması bu ölkədə “Qizil gul 2″ inqilabının baş verməsi uçun əlverişli zəmin yaradıb. Onun qələbə çalıb çalmayacağı isə Qərbin və region dövlətlərinin Gürcüstanda yaşanan hadisələrə münasibətindən və gürcü cəmiyyətinin sərgiləyə əyəcəyi mövqedən asılı olacaq”.

Havar Şəfiyeva