Qırmızı dənizdə bölgədəki sualtı nəqliyyatın 25 faizini təşkil edən Avropa, Asiya və Afrika arasında rabitə kabelləri kəsilib. Elchi.az xəbər verir ki, bu barədə Honq-Konqda yerləşən telekommunikasiya operatoru “HGC Global Communications Limited” məlumat yayıb.
Şirkət əvvəlki təcrübəni nəzərə alaraq hadisələrin bu cür inkişafına əvvəlcədən hazır olduqlarını və artıq digər xətlər üzrə nəqliyyat axınının istiqamətləndirilməsinə başladıqlarını vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Qırmızı dənizdə husi üsyançılarının növbəti hücumu nəticəsində dörd sualtı kabelin zədələndiyi məlum olub. İsrailin “Globes” qəzetinin yazdığına görə, bu, Avropa və Asiya arasında internet rabitəsinin kəsilməsinə səbəb olub və əsas zərər Fars körfəzi ölkələri və Hindistanda qeydə alınıb.
Havar Şəfiyeva