Rusiyanın “Qazprom” enerji şirkəti “Şimal axını” partlayışının nəticələrini aradan qaldıraraq ötən illə müqayisədə qaz hasilatını artırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Energetika və Maliyyə İnstitutunun analitiki Sergey Kondratyev “Kommersant”la söhbətində qeyd edib ki, qaz hasilatı bir neçə amillə əlaqədar artıb. “Sentyabrda qaz hasilatı əsasən “Qazprom”un Çinə tədarük üçün Kovıktinskoye yatağında hasilatın artması və Rosneft-in “Saxalin-1” layihəsində neft və səmt qazı hasilatının bərpası hesabına artıb”, – Kondratiyev bildirib.
Nuranə Məmmədova