Qazaxıstanın paytaxtı Astanada güclü qar fırtınası səbəbindən nəqliyyat çətinləşib.
Elchi.az xəbər verir ki, gün ərzində yağan qar Astanada həyata mənfi təsir edib.
Güclü qar fırtınası səbəbindən piyadalar yeriməkdə çətinlik çəkərkən, sürücülər də görmə qabiliyyətinin azalması səbəbindən nəqliyyatda irəliləməkdə çətinlik çəkib.
Şəhərdə qar təmizləmə işləri davam edir.
Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı rəsmiləri bəzi reyslərin təxirə salına biləcəyini bildiriblər.
Ölkənin 7 ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərlərarası yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Şayəstə Hüseynova