"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qatili azad edən hakimə… – Anar Niftəliyevin yazısı

23 Aprel 2015 - 15:05
in XƏBƏR LENTİ
FacebookVatsap

anar nifteli

Bunu da oxuyun

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Qatili azad etdiniz, Şəlalə xanım, hökmdə göstərdiyiniz kimi, səhlənkarlıq nəticəsində ana öldürən və sonra da bu ölümü ört-basdır etmək üçün sənəd saxtalaşdıran birisini.
Gözləmirdim və doğrusu, belə hökmdən çıldıracağımı düşünürdüm. Yox, qətiyyən əsəbi deyiləm – sadəcə, sarsılmışam, həddən artıq sarsılmışam. Nəsimi Rayon Prokurorluğunda müstəntiq Ələkbər Rzayevin həkimlərdən pul alıb, bu ölüm işini bağlamaq cəhdindən əsəbiləşmişdim, Ekspertiza Birliyinin rəhbəri Şakir Musayevin də sonradan məhkəmədə ifşa olunacaq “rəy” ilə digər doktorları məsuliyyətdən azad edəcək qədər allahsızlıq etdiyindən dəhşətə gəlmişdim. İndi də onlara əsəbiyəm və mümkün olan bütün vasitələrlə bu ədalətsizliyə qarşı mübarizə aparacağam.
Amma sizin bu qərarınızdan sarsıldım: çünki səmimiliyinizə inanırdım, adınızın Avropa Şurasının ədalətsiz hakimlər sırasında olmasına rəğmən, sizin çox ideal proses apardığınızı müşahidə edirdim bu 6 aya yaxın müddətdə. Bütün hadisəni təsəvvür etdiyinizə şübhə etmirdim – hakim kimi verdiyiniz şərhlər, müdaxilələrinizlə. Hətta bütün bunlardan sonra da siz belə qərar verdinizsə…
Bax, sizə demişdim: indi, qatili məhkəmə zalından azad etmənizdən sonra – məntəqə tipli cəza azadlıq deməkdir, özünüz yaxşı bilirsiniz – hər gecə gözünü gözümə dikib dəqiqələrlə dayanan və gözündən səs-səmirsiz yaş gilələnən 4 yaşlı qızımın baxışlarına bundan belə necə dözüm? Siz heç bilirsinizmi ki, 2 yaşından, anasını itirəndən beləcədir qızım – düz 2 ilə yaxındır. O yaşda körpənin ana adı çəkmədən hər gecə ana həsrəti ilə gözlərinin dolmasını təsəvvür edirsinizmi? Edirsiniz, demişdiniz və mən də səmimiliyinizə inanmışdım. Çünki siz də bir anasınız və bildiyim qədəri ilə iki övladınız var. Bir anlıq övladlarınızı özünüzsüz təsəvvür edin: onların halı necə olar?
Yox, bu – qanun, hansısa şəbəkə, rüşvət sistemi… məsələsi deyil. Hakimin də, prokurorun da, polisin də haradasa ala biləcəyi yerlər var, çox vaxt bu aldıqlarına halallıq da veririk: Biri əsəbiləşib kiməsə şillə vurursa, sonradan dönə-dönə üzr istəyirsə, onu türməyə göndərməyən və əvəzində pul alan polisə də, hakimə də… təşəkkür edirəm: bir şilləyə görə insan azadlığını əlindən almaq olmaz, bankomatdan 5-10 manat oğurluq edib çörək alan insanı və ya bir çörək oğurlayan bədbəxti həbs etməmək daha yaxşıdır…
Ancaq tamahına görə insanı əməliyyata dartan və “səhlənkarlıqla” onu öldürən, iki azyaşlı qızı anasız qoyanı azadlığa buraxmaq artıq təkcə rüşvətxorluq deyil, həm də vicdan, ləyaqət, namus, qeyrət, insanlıq məsələsidir. Siz bu işi apardığınız müddətdə dəfələrlə həkim səhlənkarlığına görə baş verən ölüm üçün Cinayət Məcəlləsində cəmi 3 il həbs nəzərdə tutulmasından narazılığınızı bildirdiyinizi demişdiniz. Hətta iki dəfə bəyan etdiniz ki, Ali Məhkəməyə müraciət də ünvanlamısınız, bu cəzanın çox yüngül olmasından gileylənmisiniz və təkliflərinizi vermisiniz.
Nəticə nə oldu? Həkim səhlənkarlığına görə nəzərdə tutulan maksimum 3 illik həbsin ən yüngülünü seçdiyinizi bəyan etsəniz, sizi anlayardım. Axı, bu “səhlənkarlıq” baş verəndən sonra müttəhim kimi qarşınızda dayanan adam sənədləri saxtalaşdırıb, mənim şikayətçi olmayacağıma əminliklə məsuliyyətdən yayınmaq istəyib? Bu ki düşünülmüş cinayətdir!
Müttəhimin son çıxışı yəqin ki, yadınızdan çıxıb – baxmayaraq ki, bu çıxışdan cəmi bircə gün keçib: sizinkimilərin insanı və insanlığı qoruyan yaddaşdan məhrum olduğu və yaxud yaddaşını unutduğu adi haldır – ona görə protokola baxın zəhmət olmasa: “Burda hər şey aydınlaşdı, sizin ədalətinizə inanıram!”
Ötən gün etdiyi bu bircə cümləlik çıxışdan sonra elə məhkəmə zalındaca heyrətimi bildirdim ki, adam təqsiri sübuta yetirildiyi halda hətta günahını etiraf edib, mənəvi məsuliyyət daşıdığını bildirmirsə, milləti – xəstələri bu cür həkimin gilyotinindən xilas etmək lazımdır. Sizin dəvət etdiyiniz Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin eksperti prosesdə şahid kimi ifadə verərkən Firuz İbrahimovun ölümə bais olduğunu sübut etmədimi? Bu adam səhvini başa düşmürsə və mənəvi məsuliyyətini anlamırsa, bunu işini davam etdirməyə – yenə xəstələri öldürməyə necə göndərə bilərsiniz?
Bəli, Şəlalə xanım: son çıxışımda da dedim – Firuz və digər həkimlər 20 il alsa, hətta ölsə belə, Elnarə xanımı qaytarmaq mümkün deyil. Gecə-gündüz əsəb gərginliyi altında apardığım bu davanın başında yalnız bir məqsəd dayanır – İncilərimiz, Xatunlarımız bundan sonra heç olmasa anasız qalmasınlar, həkimlər səhlənkarlığın nəticəsi olaraq onları nə gözlədiyini anlasınlar və mənəvi məsuliyyəti dərk etmirlərsə, heç olmasa, qanunun sərt üzündən qorxub, nəfslərinə görə milləti qırıb tökməsinlər.
Heç də hər kəs həkim səhlənkarlığından baş verən ölüm faktına görə şikayətçi düşmür; xəstə öldürən həkimlərin 99 faizi məsuliyyətdən yayınır. Çünki ortada islam fundamentalizmi, bir az da ənənəmizə yamaq edilmiş “şəriət” var: meyiti yarmazlar!
Məhz buna görə bir çox cinayətlər ekspertizadan yan keçirilir, zərərçəkən hətta Ekspertiza Birliyinə pul verib, “meyitin yarılmasına” imkan vermir və cinayətlər beləcə ört-basdır edilir. Sizin apardığınız bu ölüm işi yüzlər, bəlkə də minlərlə bu cür cinayətin məhkəməyə qədər gəlib çıxan nadir faktlarından idi. Siz nə etdiniz?
Əgər il yarımlıq istintaq əzabından sonra 6 aylıq məhkəmə prosesinin nəticəsində siz təqsiri sübuta yetirildiyini bəyan edə-edə həkimi yenidən xəstələri öldürməyə göndərirsinizsə, daha hansı zərərçəkən şikayət edəcək? Zərərçəkənlər kimə inanacaq? Yarıtmaz həkimlər bu faktdan öz ölüm törənləri üstündə pul qazanmaq sövdalarını daha da inkişaf etdirməyəcəklərmi? Siz hansı qərarla nəyə imza atdığınızı anlayırsınızmı?
Bilirsinizmi, Həzrət Əli deyirdi ki, əxlaqsızlıq sizdən 5 ev o tərəfdə olanda etiraz səsinizi qaldırın, yoxsa 5 gündən sonra o əxlaqsızlıq evinizin içinə girəcək. Firuz İbrahimov və firuzibrahimovların sizin evinizin içinə girib, kimisə qətlə yetirməyinimi gözləyirsiniz? Evinizin içinə girəndən sonra verdiyiniz bugünkü qərar sizin özünüzə presedent olmayacaqmı? Siz bu məhkəmə hökmü ilə səhlənkarlıqla adam öldürülməsinə kimi cəmiyyəti narahat edən bir məsələyə necə nöqtə qoyduğunuzu dərk edirsinizmi?
Əlbəttə ki, apelyasiya şikayəti də veriləcək, Ali Məhkəməyə qədər gediləcək, ölkə rəhbərlərinə müraciət ediləcək, müxtəlif ictimai aksiyalar keçiriləcək. Mən bunları etməliyəm – çünki Tanrı bu missiyanı mənim iradəmdən asılı olmadan çiyinlərimə qoyub. Ancaq sizin həyat missiyanızı necə xərclədiyinizi anlamağınızı istərdim.
Hə, Şəlalə xanım, bu təkcə qanun işi deyildi, həm də ləyaqət məsələsi idi. Çox arzulayardım ki, 6 aydır təsəvvürümdə yaratdığım Ləyaqətli Ana Hakim obrazı sizin – Şəlalə Həsənovanın simasında yaddaşıma və gücümün yetdiyi yaddaşlara hopaydı.
Təəssüf edirəm, mənim üçün bir dəyəri də öz simanızda beləcə öldürdünüz.
Amma inanın, bu cəmiyyət sizinkimilərdən ibarət deyil. Əgər bir müraciətimlə ölkənin baş prokuror müavini Rüstəm Usubov Nəsimi Prokurorluğunun bivec qərarının üstündən xətt çəkib, tam obyektiv araşdırmanı təmin edirsə, daxili işlər naziri Ramil Usubov cinayətkarın cəzalanması məsuliyyətini üzərinə götürürsə, böyük bir Ləyaqət daşıyıcısı olduqlarını bütün cəmiyyətə göstərirlərsə, demək, xırdaların ləyaqət çatışmazlığı səbəbindən törənən ictimai fəsadların qarşısını ala bilərik.
Hökm təbii ki, Allahındır və nəyinsə müqabilində belə ədalətsiz hökmlər verməklə cəmiyyətin dövlətə inamına balta çalanların harada və necə mühakimə olunacağını yəqin etmək üçün Qurandan sitatlara hacət yoxdur. Sadəcə, Şəlalə xanım, bir şeyi heç vaxt unutmayın: ölüm işinə görə rüşvət almaq və yaxud rüşvət alanların sözünü icra etməklə, bu boyda günaha şərik çıxmaq olmaz.
Bunu nə Allah bağışlayır, nə də bəndə…

 

Previous Post

Qatili azad edən hakimə… – Anar Niftəliyevin yazısı

Next Post

Ermənistan Zakir Həsənovdan şikayət etdi

Bənzər yazılar

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

21 Noyabr 2026 - 18:22

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımovu 55 illik yubileyi...

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib – FOTO – VİDEO

21 Noyabr 2026 - 11:10

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə...

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

20 Noyabr 2026 - 22:28

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli...

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər

20 Noyabr 2026 - 22:11

ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarları müstəqil...

Next Post

Ermənistan Zakir Həsənovdan şikayət etdi

Ermənistan Zakir Həsənovdan şikayət etdi

Son xəbərlər

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

21 Noyabr 2026 - 18:22
ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

21 Noyabr 2026 - 18:00
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

21 Noyabr 2026 - 17:13
Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

21 Noyabr 2026 - 16:55
Növbəti 3 gündə külək güclənəcək – XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

21 Noyabr 2026 - 16:24
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

21 Noyabr 2026 - 15:39
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

21 Noyabr 2026 - 15:07
Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

21 Noyabr 2026 - 14:46
“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

21 Noyabr 2026 - 13:40
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

21 Noyabr 2026 - 13:28
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

21 Noyabr 2026 - 13:25
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

21 Noyabr 2026 - 13:12
İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

21 Noyabr 2026 - 12:53
ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

21 Noyabr 2026 - 12:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.