Qarda yıxılan 49 nəfər TƏBİB-ə müraciət etdi

57

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 49 müraciət daxil olub.

Bu barədə Elchi.az-a TƏBİB-dən bildirilib.

Xəsarət alanlardan 48-i (28-i qadın, 20-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib.

Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 17-85 yaş aralığında şəxslər olub.

Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışır.