“Qarabağ”-“Molde” matçını onlar idarə edəcək

81

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsində Norveçin “Molde” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.
Elchi.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Sentyabrın 21-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” – “Molde”
21 sentyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45
Baş hakim: John Beaton
Baş hakimin köməkçiləri: Daniel McFarlane, Douglas Potter
Dördüncü hakim: Matthyu MacDermid
VAR: Nicolas Valsh
AVAR: Steven McLean