Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 1-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
İmişlidə zəlzələ olub
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji...





















Son şərhlər