“Qalatasaray”dan “Sevilya”ya keçən Markaodan bəd xəbər!

70

“Qalatasaray”dan “Sevilya”ya transfer olunan Markao yenidən zədələnib.

Elchi.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi “Mançester Siti” ilə matçda zədələnən braziliyalı futbolçunun durumu ilə bağlı açıqlama verib.

Yay transfer dövründə “Qalatasaray”dan 12+3 milyon avroluq transfer haqqı ilə “Sevilya”ya keçən Markao yenidən zədələnib.
Mövsümün əvvəlində zədələnən və yeni komandası ilə oktyabrın ortalarına kimi oynaya bilməyən Markao Çempionlar Liqasında oynanılan “Mançester Siti” matçında yenidən zədələnib.
“Sevilya”dan verilən açıqlamada “Mançester Siti” ilə matçda zədələnən və mübarizəni davam etdirə bilməyən Markaonun sağ ayağından zədələndiyi və dünya çempionatından sonra komandaya qayıda biləcəyi bildirilib.
Braziliyalı müdafiəçi “Sevilya” ilə liqada 4, Çempionlar Liqasında isə 3 oyun keçirib. Markao oynadığı matçlarda azarkeşlərdən təqdirəlayiq şərhlər alıb./hurriyet.com.tr

Şayəstə