"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qadın zorakılığı ilə bağlı həyəcan təbili çalındı

28 Oktyabr 2019 - 10:36
in CƏMİYYƏT
FacebookVatsap

Məqalə BMT- nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində hazırlandı. 


“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi Azərbaycanda gender bərabərliyi, həmçinin qadınlara qarşı zorkılığın qarşısının alınması sahəsində on ildən çoxdur ki, fəaliyyət göstərir. İctimai Birlik qadınlara qarşı zorakılığın aradan qaldırılması məqsədi ilə milli qanunvericiliyin və institusional infrastrukturunun möhkəmləndirilməsi məqsədilə cari qanunvericiliyin qadınlara qarşı zorakılıqla mübarizədə təsirini artırmaq üçün aşağıdakı tövsiyyələrini diqqətinizə təqdim edir. 

İctimai Birliyin rəhbəri xanım Lyudmila Xəlilova rəsmi statistik rəqəmlərə əsaslanaraq narahatlılıqla qeyd edir ki, il ərzində Azərbaycanda məişət zorakılığı zəminində qadınlara qarşı 1200 -dən çox qeydə alınmış cinayət hadisəsi baş verməkdədir. 
Çox təəssüf ki, məişət zorakılığı əksər hallarda müvafiq hüquq mühafizə orqanlarına bildirilmir və yaxud həmin orqanlar tərəfindən lazımi qaydada hüquqi təqibə məruz qalmır. Bu da öz növbəsində qadınlara qarşı mövcud olan zorakılığın miqyasını artan həddə olduğunu göstərir. 
Narahatlıqla qeyd etmək istərdik ki, təkcə oktyabr ayının ilk həftəsində ölkədə 5 qadın məişət zorakılığı zəminində öz ailə üzvü tərəfindən qətlə yetirilmiş, 7 qadın isə müxtəlif bədən xəsarətləri almışdır. 
Qadınlara qarşı zorakılığın ailə daxili məsələ çərçivəsindən cəmiyyətin problemi müstəvisinə çıxarılması, fundamental insan hüquq və azadlıqlarını və insan ləyaqətini alçaltdığını, həmçinin onun mənfi nəticələrinin gələcək nəsillərin timsalında ölkəmizin gələcəyinə mənfi təsiri haqlı narahatlılığa səbəb olur.
Azərbaycan Respublikası 1995-ci ilin 30 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına (CEDAW) qoşulmuş, 2001-ci il 16 fevral tarixində isə Konvensiyanın fakultativ protokolunu qəbul etmişdir. Bundan başqa Azərbaycan Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyasına və Avropa Sosial Xartiyası da daxil olmaqla müxtəlif beynəlxalq və regional müqavilələri də ratifikasiya etmişdir. Bu müqavilələr beynəlxalq səviyyədə Azərbaycanın üzərinə qadınların zorakılıqdan səmərəli şəkildə müdafiə edilməsi üzrə məcburi öhdəliklər qoyur. 
Bu müstəvidə Azərbaycan Respublikasının Milli Məclisi 2010-cu il tarixində “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunu qəbul etdikdən sonra məişət zorakılığı və qadınlara qarşı zorakılığın qarşısının alınması və zorakılıq qurbanlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə bir sıra qaydalar, həmçinin mövcud qanunlara müxtəlif əlavə və dəyişikliklər qəbul edilib. Evlilik yaşı kişi və qadınlar üçün bərabərləşdirilmiş, sosial xidmətlər haqqında qanun və onun əsasında müxtəlif hüquqi aktlar qəbul edilmiş, məişət zorakılığı ilə bağlı olan şikayətlərə baxılması ilə bağlı qaydalar müəyyənlədirilmiş, məcburi nikah cinayət məcəlləsi ilə kriminallaşdırılmışdır. 
Milli qanunvericilikdəki sadalanan irəliləyişlərə baxmayaraq, qanunlar bir çox halda hələ də boşluqlardan və onun qeyri adekvat şəkildə tətbiqindən qaynaqlanan səbəblərə görə qadınlara qarşı məişət zorakılığının qarşısının alınmasında təsirli vasitəyə çevrilməmişdir.
Bu boşluqların aradan qaldırılması, həmçinin cari qanunvericiliyin möhkəmləndirilməsi üçün konkret addımlar üzrə birgə təşəbbüslərin artırmasını təklif edirik; 
– Gender əsaslı zorakılıq və qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının qəbul edilməsi və müvafiq fəaliyyətlərin dövlət tərəfindən təmin edilməsi;
– Milli Fəaliyyət Planı iştirakçılarının vahid qarşılıqlı əməkdaşlıq sistemini yaratmaq və onlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılması; 
– Gender-əsaslı zorakılıq və qadınlara qarşı zorakılığın qarşının alınması üzrə məsul şəxs — Milli Koordinatorun təyin edilməsi;
– Gender zorakılığının qarşısının alınması üçün qurumlararası mexanizmi olan Standard Fəaliyyət Prosedurlarının (SFP) və yerli icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarının Fəaliyyət Qaydalarının qəbul olunması;
– “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması” haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyas) ratifikasiya edilməsinin sürətləndirilməsi;
– Məişət zorakılığının qarşısının alınması sahəsində cari qanunvericiliyin tətbiqi ilə əlaqədar ortaya çıxan çətinlikləri, qanunvericiliyin məhdudiyyətlərini müəyyən etmək və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və milli qanunvericiliyin təkmillləşdirilməsi;
– Məişət zorakılığının qurbanları üçün təhlükəsiz sığınacaqların yaradılması və burada tibbi, psixoloji, hüquqi və digər yardımın göstərilməsi və konfidensiallığın təmin edilməsi;
– Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması ölkə ərazisində ödənişsiz xidmət göstərən «Qaynar xətt» telefon xidmətin yaradılması və s. 

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Previous Post

Qadın zorakılığı ilə bağlı həyəcan təbili çalındı

Next Post

İŞİD-in yeni lideri təyin olunub

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post
İŞİD-in yeni lideri təyin olunub

İŞİD-in yeni lideri təyin olunub

İŞİD-in yeni lideri təyin olunub

İŞİD-in yeni lideri təyin olunub

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.