İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34 min 844-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 215 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 7 qırğın törətdiyi, hücumlarda daha 55 fələstinlinin həyatını itirdiyi, 200 fələstinlinin isə yaralandığı bildirilib.
Açıqlamada, İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 34 min 844, yaralıların sayının isə 78 min 404-ə yüksəldiyi bildirilib.
Nuranə Məmmədova